SON XƏBƏRLƏR

“Sepah”ın baş komandanı: “İnqilab nəticəsində kasıblıq 50%-dən 10%-ə düşüb”

2021.10.20, 07:36
“Sepah”ın baş komandanı: “İnqilab nəticəsində kasıblıq 50%-dən 10%-ə düşüb”

Gunaz.tv

GünAz TV: “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri inqilabdan əvvəl cəmiyyətin 50%-nin kasıblıq həddindən aşağı yaşadığını, hazırda isə bu rəqəmin 10%-ə düşdüyünü iddia edib.

 

Onun sözlərinə görə, “düşmənin təbliğatında İranda kasıblıq həddinin 36% azalması ilə bağlı Dünya Bankı tərəfindən də qeyd edilən məlumatlara diqqət yetirilmir”.

 

Cəfəri Dünya Bankı tərəfindən İranda “kasıblığın azaldığı”nın qeyd edilyini vurğulasa da, hər il beynəlxalq təşkilatlar və qeyd edilən bank tərəfindən yayımlanan statistikalar bunun tam əksini göstərir.

 

“Sepah”ın baş komandanı ölkəsinin “yüksək dinamika ilə inkişaf etdiyini” də iddia edib.

 

Məhəmmədəli Cəfəridən öncə İranın “dini lideri” Əli Xamneyi də 2015-ci ildə “inqilabdan öncə kasıb təbəqənin əhalinin 49%-ni təşkil etdiyini, lakin hazırda bu rəqəmin 9%-ə düşdüyünü” iddia etmişdi.

 

Qeyd etmək lazımdır ki, 13 mart 2018-ci il tarixində İran Milli Məclisinin İqtisadiyyat Komissiyasının üzvü Şəhab Nadiri İran valyutasının dəyərdən düşməsi və inflyasiya həddinin artmasından öncə bildirmişdi ki, ölkədə kasıblıq kəskin həddədir. O qeyd etmişdi ki, həmin dövr fəaliyyət göstərən əmək və əhalinin sosial müdafiəsi naziri ölkədə kasıb əhalinin nisbətini az göstərmək üçün kasıblıq xətti üçün nəzərdə tutulan səviyyəni xeyli aşağı, yəni 700 min tümən göstərib. Digər tərəfdən, mütəxəssislər İranda kasıblıq həddinin 2 milyon yarım tümən olduğunu və kasıb əhalinin cəmiyyətin 80%-ni təşkil etdiyini bildirirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar