SON XƏBƏRLƏR

“Sepah”ın baş komandanı: “Yaxın gələcəkdə Yəmənin tam qələbəsinin şahidi olacağıq”

2021.10.20, 07:36
“Sepah”ın baş komandanı: “Yaxın gələcəkdə Yəmənin tam qələbəsinin şahidi olacağıq”

Gunaz.tv

 GünAzTV: “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri dekabrın 14-da Tehranda keçirilən bir tədbirdə çıxış edərək İranın Yəməndəki şiə-husilərə yardımından və regionda “müqavimət cəbhəsi”nin gücləndirilməsinin vacibliyindən danışıb.

 

Cəfəri bildirib ki, şiə-husilərin son vaxtlar əldə etdiyi qələbələr və bölgədə “müqavimət cəbhəsinin ardıcıl qələbələri” heyrətləndiricidir: “Allah qoysa, yaxın gələcəkdə Yəmənin tam qələbə çalmasının şahidi olacağıq. Bu gün isə hesab edirəm ki, biz, müqavimət cəbhəsinin qazandığı bu qələbələri möhkəmləndirərək onu qoruyub saxlamalıyıq.

 

Yəmənə gəldikdə isə, əgər bu ölkənin əhalisi və onun müstəqil hakimiyyəti hansısa bir köməyə ehtiyacı olsa, sözsüz ki, biz onlara yardım göstərəcəyik”.

 

Qeyd edək ki, “Sepah”ın baş komandanı və İranın digər rəsmiləri, bölgədə “müqavimət cəbhəsi” dedikdə, Orta Şərqdə İranla müttəfiq olan bəzi ölkələri, o cümlədən də Yəmən, İraq, Suriya və Livanı, eləcə də radikal islamçı şiə qruplaşmalarını nəzərdə tuturlar.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar