“Sepah”ın baş komandanından təhdid: “Hörmüz boğazından ya hamı istifadə edəcək, ya da heç kəs”

06.07.2018, 12:36

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandanı Məhəmmədəli Cəfəri iyulun 5-də Tehranda qatıldığı bir tədbirdə çıxış edərək, Qərbi, körfəzdəki Hörmüz boğazını bağlayacaqları ilə təhdid edib.

 

Amerikanın İran neftinin ixracına mane olmağa çalışmasına və prezident Həsən Ruhaninin İsveçrəyə son səfərində ölkəsinin buna cavab olaraq Hörmüz boğazını bağlayacağına eyham vurmasına toxunan “Sepah” komandanı deyib ki, rəsmi Tehran, düşmənə, o cümlədən də Amerikaya qarşı mübarizədə daha inqilabçı bir mövqedən çıxış etmək qərarına gəlib: “Hazırda bölgənin mövcud şəraitini nəzərə alaraq, düşmənlərə qandırmaq lazımdır ki, Hörmüz boğazından ya hamı istifadə edəcək, ya da heç kəs”.

 

Məhəmmədəli Cəfəri həmçinin bildirib ki, ölkə rəhbərliyi Amerikanın İrana qarşı düşmən siyasətini nəzərə alaraq bundan sonra Qərbə, xüsəsən də Vaşinqtona qarşı daha sərt siyasət yeridəcək.

 

Xatırladaq ki, yulun 3-də İsveçrəyə səfər edən Həsən Ruhani, jurnalistlərə açıqlamasında Vaşinqtonun İran neftinin ixracına qoymağa çalışdığı qadağadan danışıb: “Amerikalılar bildirirlər ki, İran neftinin ixracının qarşısını tamamilə almaq istəyirlər. Onlar bu sözün mənasını anlamırlar. Çünki region nefti ixrac olunduğu bir vaxtda, İran neftinin ixracının qarşısını almağın heç bir məna və anlamı yoxdur. Əgər Vaşinqton dediyini gerçəkləşdirə bilsə, bunun nəticəsini də görəcək”.

 

 

Amerika ordusunun sözçüsü Bill Urban iyulun 4-də jurnalistlərə açıqlamasında Ruhaninin Hörmüz boğazını bağlayacaqları ilə bağlı təhdidinə cavab verib.

 

O deyib ki, Hörmüz boğazı neft daşıyan beynəlxalq gəmilərin üzünə hər zaman açıq olmalıdır və heç kəs bu boğazı bağlaya bilməz: “Amerika dəniz qüvvələri və onun regional müttəfiqləri beynəlxalq qanunlar əsasında dünyanın istənilən yerində azad ticarətin təhlükəsizliyini qorumağa, gəmlərin sərbəst və təhlükəsiz hərəkətini təmin etməyə tam hazırdır. Amerika ordusu, heç vaxt körfəzdə Hörmüz boğazının bağlanmasına imkan verməyəcək”.

 

ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin direktoru Brayan Huk, iyulun 2-də jurnalistlərə açıqlamasında Vaşinqtonun İranla bağlı strategiyasını şərh edərkən, ölkəsinin Tehrana qarşı tətbiqinə hazırlaşdığı yeni sanksiyalardan danışıb.

 

 

Huk bildirib ki, Amerikanın yeni sanksiyalar qoymaqda məqsədi, İran rejimini devirmək yox, onun rəhbərliyinin rəftrarını dəyişməkdir: “İrana qarşı sanksiyaların yeni mərhələsi avqustun 4-dən başlanacaq. Bu mərhələdə  maşınqayırma və qızıl ticarəti sektoruna sanksiya qoyulacaq.  Sanksiyaların növbəti mərhələsinin icrasına isə noyabrın 6-dan başlanacaq. İkinci mərhədə isə məqsəd, İranın neft ixracatını sıfıra endirməkdir”.

 

A.M

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Yaponiyanın Baş naziri: “Rusiyaya qarşı sərt sanksiyaları saxlamaq lazımdır”

2023-03-22

gun az article

İsrail Qəzzada HƏMAS-ın PUA-sını vurub

2023-03-22

gun az article

İstanbulda FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 21 nəfər saxlanılıb

2023-03-22

gun az article

İranda yol qəzalarında ölənlərin sayı açıqlandı

2023-03-22

gun az article

SEPAH hərbçilərinin Xameneyi əleyhinə planının üstü açılıb

2023-03-22

gun az article

"İran Rusiyaya yüzlərlə PUA verib"-Ağ Ev

2023-03-22

gun az article

Qubernator: “Dronlar Sevastopola hücum edib”

2023-03-22

gun az article

Ukrayna ordusu İran dronlarını məhv etdi

2023-03-22

gun az article

NATO üzvləri 2022-ci il Ukraynaya 120 milyard dollar yardım edib

2023-03-22

gun az article

ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

2023-03-22

gun az article

Fransada pensiya islahatı əleyhinə aksiyalarda 855 nəfər saxlanılıb

2023-03-22

gun az article

Xankəndi-Laçın yolu: aksiyanın 101-ci günü ruh yüksəkliyi ilə davam edir

2023-03-22

gun az article

Belçika İrana səsləndi: "Vətəndaşımızı azad edin"

2023-03-22

gun az article

İsrail Hələb hava limanına hava zərbələri endirdi

2023-03-22

gun az article

İran uçaqları Azərbaycan sərhədinə yaxın bölgələrdə uçuşlar edib

2023-03-21

gun az article

İlham Əliyev: "Azərbaycan Qarabağdan olan erməni sakinlərlə təmaslara hazırdır"

2023-03-21

gun az article

Azərbaycan MN: Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir

2023-03-21

gun az article

İcma: "Ermənistan hökuməti Aşıq Ələsgərin abidəsini də dağıdıb" - BƏYANAT

2023-03-21

gun az article

Türkiyənin AŞPA təmsilçisi: “AP-nin Azərbaycan əleyhinə qətnaməsinin qüvvəsi yoxdur"

2023-03-21

gun az article

Cavid Rəhman: "İran hökumətinin etirazçılara qarşı repressiyaları insanlığa qarşı cinayətdir"

2023-03-21