GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah”ın daha 1 əfqanlı döyüşçüsü, Səfdər Əli Qurbani Suriyada gedən döyüşlərdə həlak olub.
Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilən “Sepah”ın “Fatimiyyun” briqadasının muzdlu döyüşçüsü, bir neçə gün əvvəl, bu ölkənin Hələb əyalətində gedən savaşda müxaliflər tərəfindən öldürülüb. Cənazəsi ölkəyə gətirilən “Sepah”çı, yanvarın 18-də Tehranın “şəhidlər məzarlığı”nda torpağa tapşırılıb.
İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdluları təşkil edir.
A.M