SON XƏBƏRLƏR

“Sepah”ın daha 1 iranlı muzdlusu Suriyada həlak olub

2021.10.20, 07:36
“Sepah”ın daha 1 iranlı muzdlusu Suriyada həlak olub

Gunaz.tv

GünAzTV: “Sepah”ın daha 1 iranlı muzdlusu, Mehdi Qara Məhəmmədi Suriyada gedən döyüşlərdə həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək vermək üçün İranın Amol şəhərindən Suriyaya göndərilmiş “Sepah”çı, dekabrın 13-də bu ölkənin “Deyrəlzur” bölgəsində müxalif qüvvələrlə baş verən atışmada həlak olub. “Sepah” muzdlusunun cənazəsinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

 

Qeyd edək ki, İran Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar