SON XƏBƏRLƏR

“Sepah”ın daha 1 iranlı muzdlusu Suriyada həlak olub

2021.10.20, 07:36
“Sepah”ın daha 1 iranlı muzdlusu Suriyada həlak olub

Gunaz.tv

GünAzTV: “Sepah”ın daha 1 iranlı muzdlusu, Ehsan Mirsəyyar Suriyada gedən savaşda həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilən “Sepah”çı Ehsan Mirsəyyar, fevralın 11-də Dəməşq hökumətinə müxalif qüvvələrə qarşı keçirilən əməliyyatda həlak olub. Onun, Suriyanın konkret hansı bölgəsində öldürüldüyü barədə hər hansı bir məlumat yayılmayıb. Cənazəsi ölkəyə gətirilmiş “Sepah”çı, fevralın 15-də Tehranda torpağa tapşırılıb.

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar