GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 3 əfqanlı və 5 pakistanlı üzvü, Suriyada gedən savaşda həlak olub.
Suriya kökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilən “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının üzvləri, Əli Hüseyn Dərviş, Cavad Şərifi və Məhəmmədrza Sekəndəri, eləcə də “Sepah”ın pakistanlılardan ibarət “Zeynəbiyyun” briqadasının muzdlu üzvləri Seyid Dildar Əlişah, Şirman, Ləyaqət Hüseyn, Müntəzir Hüseyn və Məsərrət Hüseyn bu ölkənin hələb əyalətində müxaliflər tərəfindən öldürülüb. Meyitləri ölkəyə gətirilən “Sepah”çılar, son iki gündə İranın Bağırşəhr, Qum və Tehran şəhərlərində torpağa tapşırılıb.
İran, Suriya hökumətinin əsas himayədarlarından biri sayılır. Son illər Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Öldürülənlərin əksəriyyəti isə İranda qaçqın həyatı yaşayan muzdlu Əfqanıstan və Pakistan vətəndaşlarıdır.
A.M