SON XƏBƏRLƏR

“Sepah”ın dəniz qüvvələri Küveytin 3 balıqçı qayığını saxlayıb. 9 balıqçı həbs edilib

2021.10.20, 07:36
“Sepah”ın dəniz qüvvələri  Küveytin 3 balıqçı qayığını saxlayıb. 9 balıqçı həbs edilib

Gunaz.tv

GünazTV: “Sepah”ın körfəzdəki dəniz qüvvələri yanvarın 19-da İranın Mahşəhr limanı yaxınlığında hərəkət edən Küveytin 3 balıqçı qayığını saxlayıb.

 

Bu barədə, “Sepah” terror təşkilatının dəniz qüvvələrinin 3-cü məntəqəsinin “İmam Həsən” adlı döyüş bölməsinin komandanı Əlirza Əhmədi dünən jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, 9 küveytli balıqçı və onların idarə etdiyi qayıqlar qanunsuz olaraq İranın su sərhəddini pozduqlarına görə saxlanılıblar: “Bu üç qayıq və onlardakı 9 balıqçı Mahşəhr limanının neft platformaları ətrafında saxlanılılaraq məhkəmə orqanları rəsmilərinə təhvil veriliblər. Hazırda məsələ araşdırılır” –deyə, “Sepah”ın dəniz qüvvələrinin rəsmisi Əlirza Əhmədi bəyan edib.

 

“Sepah” rəsmisi, həbs edilən küveytli balıqçıların hazırda harada saxlanması barədə hər hansı bir məlumat verməyib.

 

Qeyd edək ki, “Sepah”ın körfəzdəki sürət qayıqları bundan əvvəl də bir neçə dəfə qonşu ərəb ölkələrindən balıqçıları oxşar ittihamlarla həbs edərək, onların qayıqlarını İran limanlarına yönləndiriblər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar