SON XƏBƏRLƏR

“Sepah”ın Kəşfiyyat İdarəsinin Təbriz şöbəsində çalışan xain və muzdurlardan biri ifşa olunub

2021.10.20, 07:36
“Sepah”ın Kəşfiyyat İdarəsinin Təbriz şöbəsində çalışan xain və muzdurlardan biri ifşa olunub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Televiziyası “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsinin Təbirz şöbəsində çalışan xain və muzdurlardan birinin şəxsiyyəti barədə məlumat əldə edib.

 

Səməd Cövhəri adında olan bu muzdur milli-mədəni fəalların aşkarlanaraq həbs edilməsinə səbəb olan xainlərdən biridir.

 

Ədbüssəməd Cövhəri kimi də adlandırılan muzdur İdarənin Təbrizin Saib küçəsində yerləşən müvəqqəti saxlama təcridxanasının rəisidir.

 

Əsas missiyası milli- mədəni fəalları aşkarlamaq olan Cövhəri bu istiqamətdə Səhənd və Azadi stadionlarına bu sahədə fəaliyyət göstərib, öz milli kimliklərini qorumağa çalışan onlarla güney azərbaycanlı cavanın saxlanmasına səbəb olub.

 

Bu şəxs güney azərbaycanlı fəallara qarşı saxta ittihamlarla cinayət işi başladıb, onların tutulmasına zəmin yaratmaq üçün hər bir cinayətə əl atıb.

 

“Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsinin işçisi olan Səməd Cövhəri daha öncələr mühəndis Qulamrza Əmaninin vafatının il dönümü ilə bağlı keçirilmiş anım mərasimində də görünmüşdü.

 

Sözügedən muzdur Kəleybər rayonunda yerləşən Babək qalasına yürüş edən milli- mədəni fəalların aşkarlanaraq həbs edilməsində təmsil etdiyi terror təşkilatına “müstəsna xidmətlər” göstərib.

 

Güney Azərbaycanlılardan “Sepah” terror təşkilatının muzduru olan bu xain barəsində araşdırma aparıb, bütün məlumatları xalqın diqqətinə çatdırmaq xahiş olunur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar