SON XƏBƏRLƏR

“Sepah”ın komandanı İranın Suriya və İraqda ümumilikdə 200 min nəfərlik ordu yaratdığını iddia edib

2021.10.20, 07:36
“Sepah”ın komandanı İranın Suriya və İraqda ümumilikdə 200 min nəfərlik ordu yaratdığını iddia edib

Gunaz.tv

GünAz TV: “Sepah”ın komandanı Məhəmmədəli Cəfəri İranın Suriya və İraqda hərəsi 100 min nəfərdən ibarət olan iki yeni ordu formalaşdırdığını iddia edib.

 

O qeyd edib ki, Suriyada formalaşdırılmış ordu Bəşər Əsədə bağlı qüvvələrlə birlikdə ölkə müxalifətini yox etmək üçün vuruşacaqlar. Cəfərinin iddiasına görə, bu ordu ancaq yerli əhalidən təşkil olunub.

 

İraqda yaradılan yeni ordunun tərkibində isə iranlı hərbiçilər də var və onların vəzifəsi “öz hərbi təcrübələrini bölüşməkdir”.

 

Beynəlxalq ictimaiyyət dəfələrlə İranın Suriyaya döyüşmək üçün ordu birləşmələri göndərdiyini bəyan etsə də, rəsmi Tehran bunu inkar edir və bildirir ki, bu hərbçilərin vəzifəsi yalnız “müşavirlik”dir.

 

“Sepah” komandanı daxili etirazlara səbəb olmamaq üçün “İranın Suriyada böyük miqdarda vəsait xərcləmədiyini” iddia edib.

 

İsrail əleyhinə də fikirlər səsləndirən Məhəmmədəli Cəfəri Hizbullahın siyasi qolunun Britaniya tərəfindən terrorist qruplaşmalar siyahısına salınmasının “Sepahın qəzəbinə səbəb olduğunu” bildirib.

 

Rəhbərlik etdiyi qurumun ölkənin daxili və xarici siyasətə qarışmasını müdafiə edən Cəfəri deyib: “Əgər kimlərsə xalqı yeni sazişin imzalanmasına doğru istiqamətləndirsələr və bu sazişin onların xeyrinə olduğunu desələr belə, Sepah qətiyyən buna qarşı çıxacaq.” Cəfəri bu sözləri ilə yenidən Amerika ilə nüvə razılaşması və ya Avropa ölkələri ilə hər hansı mümkün razılaşmaları hədəfə alıb. Nəzərə alsaq ki, hazırda İranda Palermo kimi konvensiyalara qoşulmaqla bağlı müzakirələr gedir, onun FATF layihələrini də nəzərdə tutduğu istisna deyil.

 

Qeyd etmək lazımdır ki, İran regionda fəaliyyət göstərən Hizbullah kimi müxtəlif terror təşkilatlarına, eləcə də Suriya, İraq, Yəmən kimi dövlətlərdə gedən müharibələrə ildə milyardlarla dollar vəsait xərcləyir. Hansı ki, ölkənin öz daxilində insanların yaşayış səviyyəsi acınacaqlı vəziyyətdədir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar