SON XƏBƏRLƏR

“Sepah”ın Kürdüstan Demokrat Partiyasının İraqdakı qərargahına qarşı raket hücumunda 16 nəfər həlak olub, 40 nəfər yaralanıb - VİDEO

2021.10.20, 07:36
“Sepah”ın Kürdüstan Demokrat Partiyasının İraqdakı qərargahına qarşı raket hücumunda 16 nəfər həlak olub, 40 nəfər yaralanıb - VİDEO

Gunaz.tv

GünAzTV: “Sepah”ın İran Kürdüstan Demokrat Partiyasının İraqın şimalında yerləşən qərargahına qarşı raket hücumunda ən azı 16 nəfər həlak olub, 40-a yaxın partiya üzvü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Hücum, sentyabrın 8-i sübh saat 10:00 radələrində həyata keçirilib. “Sepah” ın hava-kosmik və quru qüvvələri, İraqın Kürdüstan Muxtariyyətinin Kuyə şəhərinin yaxınlığındakı Sancaq bölgəsində, partiya başçılarının iclas keçirmək üçün toplandığı qərargaha 7 raket zərbəsi endirib. Hücum nəticəsində Kürdüstan Demokrat Partiyasının rəhbərliyində təmsil olunan 16 nəfər yerindəcə həlak olub, partiya üzvü olan 40-a yaxın peşmərgə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hücumda İranın “Fateh 110” raketlərindən istifadə edildiyi bildirilir.

 

Raket zərbələri nəticəsində ölənlər arasında, İran Kürdüstan Demokrat Partiyasının mərkəzi komitəsinin üzvləri olan Kərim Məhdəvi, İbrahim İbrahim, Nəsrin Həddad, Rəhman Piruti, Haşım Əzizi və Süheyla Qadirinin də olduğu bildirilir.

 

 

Hadisədən az sonra İraqın yerli kürd muxtariyyəti dövləti bəyanat yayaraq, hücumu kəskin pisləyib. Bəyanatda deyilir: “Biz, İranın İraq kürd muxtariyyəti ərazisinə raket hücumunu pisləməklə yanaşı, iranlı müxalif kürd qruplarınının ərazimizdən qonşu ölkələrə, o cümlədən də İrana qarşı terrorçu hücumlar təşkil etməsini məhkum edirik. Hesab edirik ki, bu kimi hücumlar qəbuledilməzdir”.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar