SON XƏBƏRLƏR

“Sepah”ın “Qüds” briqadasının daha 1 komandiri Suriyada öldürüüb

2021.10.20, 07:36
“Sepah”ın “Qüds” briqadasının daha 1 komandiri Suriyada öldürüüb

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının “Qüds” briqadasının yüksək vəzifəli komandirlərindən olan Əsğər Paşapur Suriyada baş verən bir qarşıdurmada öldürüüb. Paşapur, bir ay əvvəl Bağdadda öldürülən Qasım Süleymaninin yaxın həmkarlarından biri idi.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədi ilə bir neçə vaxt əvvəl Suriyaya göndərilmiş Əsğər Paşapur, fevralın 2-də, Əsəd rejiminə müxalif qüvvələrlə baş verən qarşıdurmada öldürülüb.

 

İranın Rey şəhərinin məşhur quldurlarından olan Əsğər Paşapurun Suriyanın konkret hansı bölgəsində öldürüldüyü barədə hər hansı bir məlumat yayılmayıb. Onun cənazəsinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.  Ölənlərin əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

Əsğər Paşapur, Suriyada Qasım Süeymani ilə birlikdə

 

Xatırladaq ki, yanvarın 3-ü, saat 02:00-da Bağdadın hava limanı yaxınlığında “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumunda məhv edilib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar