SON XƏBƏRLƏR

“Sepah”ın raket üzrə hərbi mütəxəssisi Yəməndə öldürülüb

2021.10.20, 07:36
“Sepah”ın raket üzrə hərbi mütəxəssisi Yəməndə öldürülüb

Gunaz.tv

 GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) raket üzrə hərbi mütəxəssisi Hüseyn Xosrəvi, Yəmənin paytaxtı Sənada öldürülüb. Bu barədə “Əl-Ərəbiyyə” xəbər agentliyi dekabrın 10-da məlumat yayıb.

 

Məlumatda bildirilir ki, raket hissəciklərinin quraşdırılması işində mütəxəssis olan və “Sepah”ın hərbi eksperti kimi Yəmənə göndərilmiş Hüseyn Xosrəvi, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası qüvvələrinin, dekabrın 10-u sübh saatlarında müxalif husilərin paytaxt Sənanın Ərhəb məntəqəsindəki mövqelərini bombardman etməsi zamanı həlak olub.

 

                                     İranın dəstəklədiyi yaraqlı şiə-husilər

 

Qeyd edək ki, Yəməndə cərəyan edən savaşda, Səudiyyə Ərəbistanı və onun ərəb koalisiyasındakı mütəfiqləri Yəmənin indiki qanuni hökumətini, İran isə yaraqlı şiə-husiləri dəstəkləyir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar