SON XƏBƏRLƏR

“Sepah”ın Suriya savaşında öldürülmüm daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

2021.10.20, 07:36
“Sepah”ın Suriya savaşında öldürülmüm daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının Suriya savaşında öldürülmüş daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədi ilə Suriyaya göndərilmiş “Sepah”çı Məcid Qurbanxani, 3 il əvvəl Xantuman məntəqəsində Əsədə müxalif qüvvələrlə baş verən qarşıdurmada öldürülsə də, onun meyiti həmin bölgədə itib qalmışdı.

 

Bildirilir ki, son günlər muzdlu “Sepah”çının cəsədindən DNK nümunələri götürülüb və onun kimliyi müəyyən edildikdən sonra, cəsədin qalıqları ölkəyə gətirilərək, aprelin 25-də dəfn olunması üçün Məşhədə göndərilib.

 

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.  Ölənlərin əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar