SON XƏBƏRLƏR

“Sepah”ın Suriyada həlak olmuş daha 1 muzdlusunun cənazəsi ölkəyə gətirilib

2021.10.20, 07:36
“Sepah”ın Suriyada həlak olmuş daha 1 muzdlusunun cənazəsi ölkəyə gətirilib

Gunaz.tv

GünAzTV: “Sepah”ın Suriya savaşında həlak olmuş daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilmiş “Sepah”ın quru qüvvələrinin “düşmən”ə qarşı təxribatçı ünsürlərindən olan 32 yaşlı Məhəmməd İbrahim Rəşid, iyulun 1-də Suriyanın Tədmər bölgəsində müxaliflərə qarşı keçirilən hərbi əməliyyatda öldürülüb. Cənazəsi ölkəyə gətirilmiş “Sepah”çı, iyulun 5-də İranın Qum şəhərində torpağa tapşırılıb.

 

 

İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar