SON XƏBƏRLƏR

“Sepah”ın Suriyada öldürülmüş daha 1 muzdlu əfqan döyüşçüsünün cənazəsi ölkəyə gətirilib

2021.10.20, 07:36
“Sepah”ın Suriyada öldürülmüş daha 1 muzdlu əfqan döyüşçüsünün cənazəsi ölkəyə gətirilib

Gunaz.tv

GünazTV: “Sepah”ın Suriya savaşında öldürülmüş daha 1 muzdlu əfqan döyüşçüsünün cənazəsi ölkəyə gətirilib.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının üzvü Əlirza Əkbəri, 3 il əvvəl Dəməşq ətrafındakı döyüşlərdən birində həlak olsa da, onun meyiti itkin düşmüşdü. Bildirilir ki, muzdlu əfqan döyüşçüsünün cəsədindən DNK nümunələri götürüldükdən sonra onun kimliyini müəyyənləşdirmək mümkün olub və son günlər cəsədin qalıqları ölkəyə gətirilərək, aprelin 18-də Tehranda torpağa tapşırılıb.

 

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.  Ölənlərin əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar