SON XƏBƏRLƏR

“Sepah”ın xəbər agentliyi “Heyran gədiyi”nin adını təhrif edib

2021.10.20, 07:36
“Sepah”ın xəbər agentliyi “Heyran gədiyi”nin adını təhrif edib

Gunaz.tv

GünAz TV: İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) xəbər agentliyi Ərdəbilin “Heyran gədiyi”ni “Astara Heyranı” kimi təqdim edib.

 

Agentliyin məqsədi “Heyran gədiyi”nin Ərdəbil Əyalətinə deyil, Gilan Əyalətinə aid olduğunu hər kəsə göstərməkdir. Bu istiqamətdə rejimin rəsmi orqanları dəfələrlə cəhd göstərib, lakin planın həyata keçirilməsi hər dəfə azərbaycanlıların kəskin etirazından sonra təxirə salınıb.

 

Məlumata görə, “Mehr” xəbər agentliyi çərşənbə günü “Heyran dağlıq gədiyinin qış gözəllikləri” adı ilə yaydığı görüntülü mətndə qondarma “Astara Heyranı” ifadəsindən  istifadə edib.

 

Xəbər agentliyi yazıb ki, “Sərhədyanı Astara limanının Heyran dağlıq gədiyi Gilan Əyalətində yerləşir...”. Bu xəbərin “Qəbul olunan xəbərlər” bölümündə dərc olunması isə xüsusi diqqət çəkir. Ona görə ki, sifarişlə dərc olunan xəbərlərin əksəriyyəti əsasən bu bölümdə yayılır.

 

 

 

İranın rəsmi dövlət xəbər agentliyi “İrna” da yanvarın 10-da “Heyran gədiyi”nin adını çəkərkən onu “Astara Heyranı” adlandırmışdır.

 

Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin 220, Ərdəbilin isə 79 kilometrliyində yerləşir. Bu şəhər vaxtı ilə Ərdəbil şəhəri və Şərqi Azərbaycan Əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə müvəqqəti olaraq Gilan Əyalətinə ilhaq edilib. Şəhərin əhalisi Azərbaycan türkləridir, onlar bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsini tələb edir.

 

Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”ni bu əyalətdən ayırıb Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlər və ona olan etirazlar vaxtaşırı mətbuatın gündəminə düşür.

 

Deyilənlərə görə, Nəmin şəhərinin şərq tərəfində Niyarəq kəndinin yaxınlığında tikanlı məftil çəkilib. Tikanlı məftilin Nəminin şərq tərəfini ayırıb Gilan Əyalətinə ilhaq etmək məqsədi ilə çəkildiyi bildirilir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar