SON XƏBƏRLƏR

“Sepah”ın yüksək rütbəli komandiri Suriyada həlak olub

2021.10.20, 07:36
“Sepah”ın yüksək rütbəli komandiri Suriyada həlak olub

Gunaz.tv

GünAzTV: “Sepah”ın yüksək rütbəli komandirlərindən olan Şahrux Dayıpur, Suriyada gedən döyüşlərdə həlak olub.

 

 İran-İraq savaşının iştirakçılarından olduğu bildirilən, Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilmiş “Sepah” komandiri, iyunun 22-də bu ölkənin Əlbu-Kamal şəhərində müxalif qüvvələrlə baş verən qarşıdurmada öldürülüb.

 

İranın Kirmanşah əyalətindən Suriyaya göndərildiyi, “Sepah”ın müxtəlif hərbi sahələrində çalışdığı vurğulanan “Sepah” komandirinin cənazəsinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

 

 

İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar