SON XƏBƏRLƏR

“Sepah” İraq Kürdistanının bəzi sərhədyanı bölgələrini artilleriya atəşinə tutub

2021.10.20, 07:36
“Sepah” İraq Kürdistanının bəzi sərhədyanı bölgələrini artilleriya atəşinə tutub

Gunaz.tv

GünazTV: İran İnqilab Keşikçiləri Korpusu “Sepah” iyulun 11-i sübh saatlarında İraq Kürdistanının bəzi sərhədyanı bölgələrini artilleriya atəşinə tutub.

 

Hadisə, İranın Piranşəhr şəhərində naməlum yaraqlı kürdlərin 3 “Sepah”çını qarşıdurmada öldürməsindən bir gün sonraya təsadüf edib.

 

Bu barədə, İraq Kürdistanının mərkəzi sayılan Ərbilin 90 kilometrliyində yerləşən Seydakan şəhərinin meri Ehsan Çələbi jurnalistlərə açıqlama verib. O bildirib ki, “Sepah”ın bölgəni artilleriya atəşinə tutması nəticəsində 18 yaşlı bir qız həyatını itirib, 14 və 23 yaşlarında olan iki qardaşı isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Müxtəlif kürd mənbələrinin bildirdiyinə görə, “Sepah” qüvvələri İranın Piranşəhr şəhərində 3 “Sepah”çının qarşıdurmada öldürülməsinə cavab olaraq, İraq Kürdistanının “Aldənə” və “Bərdə Suran” yüksəkliklərini top atəşinə tutub. Atəş nəticəsində bəzi yaşayış məntəqələrində yanğının baş verdiyi bildirilir.

 

Xatırladaq ki, iyulun 9-u axşam saatlarında İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində müxalif yaraqlı kürdlərlə baş verən silahlı qarşıdurmada 3 ”Sepah”çı öldürülüb, 1-i yaranıb.  Bu barədə, “Sepah”ın quru qüvvələrinin “Həmzə Sedidüşşühəda” qərargahı bəyanat yayıb.

 

 

Bildirilir ki, bölgədə reyd keçirən “Sepah” avtomobili Piranşəhrin girəcəyində naməlum yaraqlı kürd dəstələrinin hücumuna məruz qalıb. Atışma nəticəsində 3 “Sepah”çı (Hasil Əhmədi, Səttar Piruti və Ümid Mollazadə) yerindəcə öldürülüb, 1-i isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, İranda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan yaraqlı kürd təşkilatlarının hərbi bazaları İraq Kürdistanının ərazilərində yerləşir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar