SON XƏBƏRLƏR

“Sepah” komandanı: “İranın Hörmüz boğazından istifadəsinin qarşısı alınsa, biz bu boğazı bağlayacağıq”

2021.10.20, 07:36
“Sepah” komandanı: “İranın Hörmüz boğazından istifadəsinin qarşısı alınsa, biz bu boğazı bağlayacağıq”

Gunaz.tv

GünazTV: “Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri aprelin 22-də ərəbdilli “Əl-Aləm” telekanalına müsahibəsində Amerikanı körfəzdəki Hörmüz boğazını bağlayacaqları ilə təhdid edib.

 

“Sepah” rəsmisinin təhdidi, ABŞ dövlət katibi Mayk Pompeonun həmin gün mediaya açıqlamasında Amerikanın İranın neft satışına qarşı tətbiq etdiyi sanksiyalarda istisna ölkələrə tanıdığı möhlətin mayın 2-də başa çatacağını elan etməsindən və Vaşinqtonun bu il İranın neft ixracatını sıfıra endirmək niyyətində olduğunu bildirməsindən bir neçə saat sonraya təsadüf edib.

 

Əlirza Təngsiri deyib ki, əgər İran neftini daşıyan gəmilərin Hörmüz boğazından keçməsinin qarşısı alınsa, İran bu boğazı bağlayaraq, digər ölkələrin neftini daşıyan gəmilərin sərbət hərəkətinə mane olacaq: “Hörmüz boğazı beynəlxalq qanunlara əsasən bir dəniz keçid yoludur. Aydın məsələdir ki, əgər İran gəmilərinin həmin boğazdan istifadəsinin qarşısı alınsa, biz bu boğazı bağlayacağıq.

 

Nə qədər ki, bizim neft gəmilərimiz sərbəst şəkildə bu boğazdan keçə bilir, biz bu addımı atmayacağıq. Lakin görsək ki, başqa ölkələrin neftini daşıyan gəmilər Hörmüz boğazından sərbəst keçdiyi bir vaxtda bizim neftimizin ixtacatına maneələr yaradılır, o zaman biz də bu boğazı bağlayacağıq” –deyə Əlirza Təngsiri əlavə edib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Dövlət Departamenti tərəfindən terrorçu təşkilatlar siyahısına salınan “Sepah”ın digər komandirləri bundan əvvəl də öz bəyanatlarında Amerikanı və region ölkələrini təhdid edərək, Hörmüz boğazını bağlayacaqlarını bildiriblər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar