“Sepah” komandanının müavini Məhəmmədrza Nəqdinin idarəsində 2 İsrail “casus”unun həbs edildiyilə bağlı xəbərlər yayılıb- FOTO

24.09.2019, 13:54

GünAz TV: Bir neçə gün öncə “Sepah” terror təşkilatının komandanının koordinasiya məsələləri üzrə müavini Məhəmmədrza Nəqdinin tabeliyində olan 2 əməkdaşın İsrailə “casusluq” ittihamı ilə həbs edildiyilə bağlı xəbərlər yayılmışdı.

 

Məhəmmədrza Nəqdi 2 casusun həbs edilməsini təkzib edib və bildirib ki, Behzad Nəbəvini “bu cür yalan məlumatlar” yaydığına görə məhkəməyə verəcək. O, məsələ ilə bağlı geniş açıqlama verməyib.

 

Casusların tutulması ilə bağlı fikirləri Ali Məsləhət Şurasının üzvü Əhməd Təvəkkülüyə bağlı, mühafizəkar “Əlif” agentliyilə müsahibə zamanı Behzad Nəbəvi səsləndirmişdi. O, Nəqdinin rəhbərlik etdiyi qurumda iki İsrail “casusu”nun tutulduğunu və onlardan birinin edam edildiyini demişdi.

 

Agentlik bir müddətdən sonra Nəqdinin adını müsahibənin mətnindən silsə də, digər informasiya resursları mətni olduğu kimi saxlamışdı.

 

Bundan öncə də Məhəmmədrza Nəqdinin idarəsində İsrail “casusları”nın tutulmasıyla bağlı dəfələrlə məlumatlar yayılıb. 2015-ci ilin may ayında Parisdə yaşayan siyasi aktivist Rza Əlicani “Sepah”, “ETTELAAT” və “Bəsic” qüvvələrində çalışan 30 nəfərin İsrailə “casusluq” etikləri üçün həbs edildiyi barədə məlumat yaymışdı. O, tutulanlardan birinin Məhəmmədrza Nəqdinin “Bəsic” qüvvələrinə rəhbərlik etdiyi dövrdə sürücüsü olmuş şəxsin olduğunu əlavə etmişdi.

 

Rza Əlicani

 

Nəqdi 2009-cu ilin sentyabrından 2016-cı ilin noyabrına qədər “Bəsic” qüvvələrinin komandanı olub. O, cari ilin aprel ayından Əli Xamneyinin fərmanıyla “Sepah” komandanının koordinasiya məsələləri üzrə müavini kimi mühüm və strateji posta təyin edilib.

 

Əlicani həmçinin qeyd etmişdi ki, “Sepah”ın Kəşfiyyat İdarəsinin və “ETTELAAT”ın İsrail üzrə şöbələrinin rəhbərləri də bu ölkəyə “casusluq” ittihamı ilə həbs edilən şəxslər içərisindədirlər. "Sepah"ın sözügedən şöbəsinin rəhbəri aparılan sorğudan sonra edam edilib. 

 

İran prezidentinin Milli Məclis işləri üzrə müavini olmuş Məcid Ənsari isə 2016-cı ilin 25 mayında parlamentin iclasında “Sepah”ın Kəşfiyyat İdarəsinin həssas postlara rəhbər təyin edilən zaman məlumat mənbəyi kimi qanuna daxil edilməsini istəyən deputatlara xitabən demişdi: “O idarədə casusluq etdiyinə görə həbs və edam edilən şəxs olub.” 

 

Ənsarinin bu sözləri müəyyən dərəcədə Əlicaninin səsləndirdiyi iddialarla üst-üstə düşür.

 

Son illər Məhəmmədrza Nəqdinin işçilərindən bir neçəsinin İsrailə “casusluq” ittihamı ilə həbs edilməsi İran siyasi elitası içərisində onun özünə qarşı da şübhələrin yaranmasına səbəb olub.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Suriyada daha bir SEPAH zabiti öldürüldü

2023-04-02

gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01