SON XƏBƏRLƏR

“Sepah” polkovniki Mahmud Plark koronavirusdan ölüb

2021.10.20, 07:36
 “Sepah” polkovniki Mahmud Plark koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının quru qüvvələrinin “Qüds” qərargahının rəis müavini “polkovnik” Mahmud Plark koronavirusdan ölüb.

 

Yayılan məlumatlara əsasən, iki ay əvvəl Bağdadda öldürülmüş “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin müşaviri olmuş Həsən Plark-ın doğma qardaşı olan Mahmud Plark, martın 11-də müalicə aldığı xəstəxanalardan birində keçinib.

 

“Sepah” polkovnikinin Kirman əyalətinin Səfaiyyə şəhərinin qəbiristanlığında torpağa tapşırılacağı bildirilir.

 

 

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 10-da mediaya açıqlamasında ölkədə koronavirusa yoluxanların 9000 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 354 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan mənbələr, virusa yoluxanların və ölənlərin sayının qat-qat çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar