SON XƏBƏRLƏR

“Sepah” rəsmisi: “Amerikanın hərbi gəmilərini iki gizli silahımızla batırıb dənizin dibinə göndərəcəyik”

2021.10.20, 07:36
“Sepah” rəsmisi: “Amerikanın hərbi gəmilərini iki gizli silahımızla batırıb dənizin dibinə göndərəcəyik”

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının baş komandanının müşaviri Murtuza Qurbani mayın 25-də jurnalistlərə açıqlamasında ABŞ-ın körfəz bölgəsinə göndərdiyi hərbi dəniz donanmasından və iki ölkə arasında baş verə biləcək mümkün savaşdan danışıb.

 

O bildirib ki, Amerika ilə hərbi qarşıdurma yaranacağı təqdirdə, İranın “düşmən”ə qarşı işlədəcək iki gizli silahı var: “Düşmən körfəz sularında kiçicik bir səhvə yol verib axmaq bir hərəkət etdiyi təqdirdə, bizim onunla necə davranacağımızı yaxşı bilir. Amerikalılar bizimlə oyun oynayır, üzdəniraq hərbi gəmilərini bölgəmizə göndəriblər. Bu isə bizi qorxutmur.


Amerikanın hərbi gəmiləri axmaq hərkətə yol verdikləri təqdirdə, onları bütün ekipajı və üzərində daşıdıqları təyyarələrlə birlikdə iki raketmizlə və ya iki gizli silahımızla batırıb dənizin dibinə göndərəcəyik” -deyə Murtuza Qurbani əlavə edib.

 

“Sepah”ın baş komandanının müşaviri İranın “iki gizli silahı”nın qabiliyyətləri barədə hər hansı məlumat verməyib.

 

 

 

Qeyd edək ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi iki həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəz bölgəsinə göndərib.

 

Mayın 12-də isə Hörmüz boğazının 70 mil məsafəsində yerləşən Əl-Füceyrə limanı yaxınlığında lövbər salan Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə güclü partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu ziyan dəyib. Neft daşıyan tankerlərə bombalı hücumlarda İranın və ya onun dəstəklədiyi muzdlu silahlı qruplaşmaların əli olduğu təxmin edilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar