SON XƏBƏRLƏR

“Sepah” rəsmisi: “Bizim elə bir ballistik raketimiz var ki, onun bənzəri Amerika və Rusiyada yoxdur”

2021.10.20, 07:36
“Sepah” rəsmisi: “Bizim elə bir ballistik raketimiz var ki, onun bənzəri Amerika və Rusiyada yoxdur”

Gunaz.tv

GünAzTV: “Sepah”ın baş komandanının canişini Hüseyn Səlami, fevralın 5-də Tehranda keçirilən bir toplantıda çıxış edərək, İranın hərbi sahədə, o cümlədən də ballistik raket istehsalı sahəsində əldə etdiyi nailiyyətlərindən danışıb.

 

Səlami deyib ki, ölkənin ballistik raketlərinin istehsalında istifadə olunan texnologiya, nə Amerikada var, nə də Rusiyada: “Bizim elə bir ballistik raketimiz var ki, onun bənzəri Amerika və Rusiyada yoxdur. Əvvəllərdə dediyim ki, hazırda bizdə elə bir ballistik raketi var ki, onun sürəti, səsin sürətindən 8 dəfə çoxdur. 100 faiz dəqiq olan bu güclü raket, hərəkətdə olan gəmiləri hədəf almağa qadirdir və məhz dəqiqliyinə görə, bütün Amerika və Rusiya raketlərindən üstündür.

 

Bizdə olan ballistik raket, dünyanın ən inkişaf etmiş raketlərindən olan Rusiyanın “İskəndər” raketindən dada üstündür. Çünki, “İskəndər” raketi sabit hədəfləri vurmaq üçün istehsal edilib. Lakin bizdəki ballistik raket, hərəkətdə olan hədəfləri vurmaq üçün nəzərdə tutulub. Bu baxımdan, tam əminliklə deyə bilərəm ki, bu texnologiya nə Amerikada var, nə də Rusiyada. Bu texnologiya yalnız İrana məxsusdur”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar