SON XƏBƏRLƏR

“Sepah” rəsmisi: “Düşmənlər öz hesablamalarında səhvə yol versələr, Fars körfəzini onlar üçün bataqlığa çevirəcəyik”

2021.10.20, 07:36
“Sepah” rəsmisi: “Düşmənlər öz hesablamalarında səhvə yol versələr, Fars körfəzini onlar üçün bataqlığa çevirəcəyik”

Gunaz.tv

GünAzTV: “Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri yanvarın 10-da jurnalistlərə açıqlamasında Amerikaya və onun körfəz ətrafındakı ərəb müttəfiqlərinə qarşı təhdid dolu  bəyanatlar səsləndirib.

 

O bildirib ki, “Sepah”ın dəniz qüvvələri körfəzdə İrana qarşı çıxan xarici düşmənlərin qarşısında dayanacaq, onlara kəskin cavab verəcək: “Bizim Fars körfəzindəki düşmənlərimiz bizi özümüzdən yaxşı tanıyırlar. Onların bizim qüvvələrimizin şücaətindən də xəbəri var. Elə buna görə də hesab edirəm ki, düşmənlərimiz öz hesablamarında hansısa bir səhvə yol verməyəcəklər.

 

Yox, əgər onlar öz regional və siyasi hesablamalarında çaşıb səhvə yol versələr, biz möhkəm yumruqla onların ağzından vuracaq, Donuzlar körfəzində baş vermiş olayı bir daha onlara təkrar edəcək, Fars körfəzini onlar üçün bataqlığa çevirəcəyik.

 

Göründüyü kimi, Fars körfəzi ətrafındakı ölkələr özlərini müdafiə edə bilmirlər. Halbuki biz bunu edə bilərik. Biz, Fars körfəzinin təhlükəsizliyini təmin etmişik və bu körfəz hazırda tam təhlükəsiz durumdadır. Lakin əcnəbilər bu körfəzin təhlükəsizliyini pozmağa çalışırlar. Biz isə buna imkan verməyəcəyik. Düşmənlər öz mənafeləri üçün regiona gəliblər. Ancaq onlar bilməlidir ki, daimi olaraq bölgədə qala bilməyəcəklər”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar