SON XƏBƏRLƏR

“Sepah” rəsmisi: “Sepah”ın radara düşməyən sürət qayıqları yeni raketlərlə təchiz edilir”

2021.10.20, 07:36
“Sepah” rəsmisi: “Sepah”ın radara düşməyən sürət qayıqları yeni raketlərlə təchiz edilir”

Gunaz.tv

GünAzTV: “Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri dekabrın 31-də jurnalistlərə çıqlamasında İranın körfəz sularındakı sürət qayıqlarından və onların hərbi gücünün artırılmasından danışıb.

 

O bildirib ki, “Sepah”ın dəniz qüvvələrində istifadə olunan sürət qayıqlarının hərbi əməliyyatlardakı qabiliyyətini artırmaq üçün, onlara daha çevik raketlər quraşdırılacaq: “Sepah”ın radara düşməyən sürət qayıqları yeni raketlərlə təchiz edilir. Bu isə, sürət qayıqlarımızın hərbi əməliyyatları daha çevik şəkildə yerinə yetirməsi üçün nəzərdə tutulub.

 

“Sepah”, dünyanın ən çevik sürət qayıqlarına malikdir. Hazırda biz qayıqlarımızın hərbi qabiliyyətinin gücləndirilməsi üzərində işləyirik və sözsüz ki, yaxın gələcəkdə daha sürətlə hərəkət edən qayıqların istehsalına başlayacağıq”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar