SON XƏBƏRLƏR

“Sepah” rəsmisi Xamneyinin etirazların qan bahasına yatırılmasındakı rolundan danışıb

2021.10.20, 07:36
“Sepah” rəsmisi Xamneyinin etirazların qan bahasına yatırılmasındakı rolundan danışıb

Gunaz.tv

GünAz TV: “Sepah” terror təşkilatının komandanının siyasi məsələlər üzrə müavini Yədullah Cavani “dini lider” Əli Xamneyinin xalq etirazlarının qan bahasına “ram edilməsində” göstərdiyi rolu tərifləyib.

 

O qeyd edib ki, əgər “dini lider” müvafiq göstəriş verməsəydi, təhlükəsizlik qüvvələri 48 saat içində etirazları yatıra bilməzdilər.

 

O, ötən gün Bircənddə etdiyi çıxışda digər rəsmilər kimi, etirazları Amerika Birləşmiş Ştatlarının “məkrli planı” olaraq dəyərləndirməyə çalışıb və “bu cür hadisələrin təkrarlanmasının qarşısının alınması” üçün zəruri tədbirlərin görülməsini vacib hesab edib.

 

Xatırladaq ki, İranda benzinin bahalaşmasına qarşı etirazların başlanmasından 2 gün sonra, yəni noyabrın 17-si səhər saatlarında “dini lider” Əli Xamneyi etidiyi çıxışda etirazçı xalqı “xuliqan” adlandıraraq, təhlükəsizlik qüvvələrini lazım olan bütün addımları atmağa çağırmışdı.

 

Yədullah Cavani həmçinin qeyd edib ki, “düşmənin pusquda durduğu bir vaxtda” benzinin bahalaşdırılması doğru addım deyil idi.

 

Qeyd etmək lazımdır ki, İran Silahlı Qüvvələrinin ali baş komandanının siyasi əqidə şöbəsinin rəhbəri və “dini lider”in “Sepah” terror təşkilatındakı nümayəndəsi Əli Səidi Şahrudi noyabrın 20-də bildirmişdi ki, Əli Xamneyi benzinin bahalaşdırılması ilə bağlı qərardan doğan bütün bədəllərin məsuliyyətini öz üzərinə götürüb. Xamneyi həmçinin bu qərarın 3 sistemin rəhbəri tərəfindən qəbul edildiyini və özünün də onu dəstəklədiyini bəyan etmişdi.

 

Yədullah Cavani çıxışının sonunda etirazçı xalqı xarici dövlətlərin “əl altıları” olmaqda günahlandırıb.

 

“Etirazçılar düşmən qüvvələr və xuliqanlar idilər. Düşmən bu şəxsləri internet vasitəsilə aşkar edib təlimatlandırır. Benzin bahalaşmasaydı belə, düşmənin bu ordunu ilin sonuna qədər hər hansısa bir məsələ ilə bağlı hərəkətə keçirtmək planı var idi”, - deyə “Sepah” komandanının müavini əlavə edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar