“Sepah” rəsmisindən gülünc iddia: “Etirazçılar özləri özlərinə atəş açıblar”

25.11.2019, 11:00

GünazTV: “Sepah” terror təşkilatı komandanının müavini Əli Fədəvi noyabrın 24-də “Bəsic” təşkilatına üzv qadınların toplantısında çıxış edərək, son etirazlar dalğasında dinc aksiyaçıların rejim qüvvələri tərəfindən qətlə yetirildiyini təkzib edib.

 

Fədəvi deyib ki, ölkənin müxtəlif şəhərlərində etirazlara qatılanlardan bəziləri silahlı olub və onlar yaxın məsafədən digər etirazçılara atəş açıblar: “Son etirazlarda öldürülən əhalinin çoxu 1-2 metrlik məsafədən atəşə məruz qalıb. Onların çoxuna da arxadan atəş edilib. Bu isə onu göstərir ki, odlu silahlardan atəşin açılması etirazçıların öz içindən olub. Belə ki, etirazlara qatılan dələduz və xuliqanlar öz səssiz tapançalarları ilə digər etirazçıara arxadan atəş açıblar. Bir sözlə, etirazçılar özləri özlərinə atəş açıblar. Bu isə millətə açıqlanmalıdır” –deyə, “Sepah” terror təşkilatı komandanının müavini Əli Fədəvi bəyan edib.

 

“Sepah” rəsmisinin etirazlarda qurban gedən dinc aksiyaçıların digər etirazçılar tərəfindən qətlə yetirilməsi ilə bağlı iddiasına baxmayaraq, ölkənin müxtəlif şəhər və bölgələrində üsyana qalxan xalqın birbaşa silahlı “Sepah” və “Bəsic” qüvvələri tərəfindən hədəf alınması barədə sosial şəbəkələrdə onlarla video yayılıb.

 

Əli Fədəvi, öz çıxışında həmçinin “Bəsici” və “Sepah”çı ailələrində uşaqların sayının artmasının, bir sözlə, “düşmən” qarşısında şiələrdən olan rejim tərəfdarlarının sayının çoxalmasının vacibliyinə də toxunub: “Hesab edirik ki, “Bəsici” və “Sepah”çı ailələrinin ən azı 5 övladı olmalıdır. Mən özüm 5 uşaq və 13 nəvə sahibiyəm. Hədəfim isə nəvələrimin sayının 25-ə çatmasıdır. Mənim uşaqlarımın sayının az olması da ona görədir ki, həyat yoldaşın şəkər xəstəliyinə tutuldu və biz uşaqların sayını artıra bilmədik. Yoxsa mənim indi ən azı 10 övladım olmalı idi”. 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamı fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01