SON XƏBƏRLƏR

“Sepah” rəsmisindən Səudiyyə Ərəbistanına və Birləşmiş ərəb Əmirliklərinə xəbərdarlıq: “Qərmızı xəttimizi keçməyin”

2021.10.20, 07:36
“Sepah” rəsmisindən Səudiyyə Ərəbistanına və Birləşmiş ərəb Əmirliklərinə xəbərdarlıq: “Qərmızı xəttimizi keçməyin”

Gunaz.tv

GünAzTV: “Sepah”ın baş komandanının canişini Hüseyn Səlami sentyabrın 28-də Tehranın cümə namazı mərasimində çıxış edərək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini İranın daxili işlərinə qarışmaqda günahlandıraraq, hər iki ölkəyə kəskin xəbərdarlıq edib.

 

Öz çıxışında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini Əhvazda keçirilən hərbi parada silahlı hücumda rol oynamaqda günahlandıran Hüseyn Səlami deyib ki, İran parada hücumda ölənlərin intiqamını bu iki ölkədən alacaq: “Mən üzümü bu iki ölkəyə tutub deyirəm: Bizim qırmızı xəttimizi keçsəniz, bilin ki, biz də qəti şəkildə sizin qırmızı xəttinizi keçəcəyik. Biz, Əhvazda baş verən hücumda həyatını itirən şəhidlərimizin hər bir damla qanının intiqamını bu hadisəni törədənlərin daxili və xarici himayədarlarından alacağıq.

 

Biz, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri rejimlərinə xəbərdarlıq edib deyirik ki, siz bizim intiqammıza dözə bilməyəcəksiniz. Biz həmçinin Amerikaya xəbərdarlıq edir, onu terrorçulara verdiyi dəstəyi dayandırmağa çağırırıq. Çünki bu dəstək, ona çox ağır başa gələcək”.

 

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Beş silahlı şəxs, şəhərin “Qüds” bulvarında keçirilən hərbi parada qatılanlara yaxınlıqda yerləşən bir parkın içindən odlu silahlardan atəş açıb. Atəş nəticəsində ən azı 25 “Sepah”çı, hərbçi və mülki vətəndaş həlak olub, 60-a yaxın insan yaralanıb.

 

 

İran ərəblərinin milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən “Əl-Əhvaz Qurtuluş Ərəb Hərəkatının hücumun məsuliyyətini üzərinə götürməsi barədə ziddiyyətli xəbərlər yayılsa da, bu təşkilat yayılan xəbərləri təkzib edib. Hadisədən az sonra İŞİD terror qruplaşması yaydığı bir bəyanatda hərbi parada silahlı hücumun məsuliyyətini üzərinə götürüb və bununla bağlı sözü gedən videonu yayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar