"Sepah" Tehran məhəllələrində xüsusi dəstələr yaradır

2020-09-15 14:25

"Sepah" terror təşkilatı Tehranın bütün məhəllələrində "zərbə qrupları" adlı xüsusi təyinatlı dəstələr formalaşdırır.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə məlumat yayan "Sepah"ın "Məhəmməd Rəsulullah" Qərargahının komandanı Məhəmməd Yəzdi bildirib ki, dəstələr "məhəllə təhlükəsizliyi layihəsi"nin icrası çərçivəsində, "Bəsic Qüvvələri"nin bazalarının imkanlarından istifadə etməklə yaradılıb. 


O iddia edib ki, bu dəstələr məhəllələrdə oğurluq, soyğunçuluq və xuliqanlıqla mübarizə aparacaqlar. 


İran qanunlarına əsasən, məhəllələrdə təhlükəsizliyi təmin etmək polisin səlahiyyətinə daxildir. Amma "Sepah" son illər ərzində polisə kömək etmək adı altında bu sahədə də fəaliyyət göstərməyə başlayıb.


İlkin olaraq bu cür dəstələrin formalaşdırılması barədə 2008-ci ilin may ayında "Sepah" ölkə şəhərlərinin min nöqtəsində 5 nəfərlik patrul qruplarının işə başladığını bəyan etmişdi. Bu ilkin forma sonrakı illərdə daha da təkmilləşdirildi və "Sepah" 2017-ci ilin dekabr ayında bu tip dəstələrin ölkənin bütün şəhərlərində təşkil ediləcəyini bildirdi. 


Lakin ilk dəfə olaraq bu dəstələr "zərbə qrupları" adı ilə formalaşdırılaraq cəmiyyətə təqdim edilir. "Sepah" komandanları ilkin olaraq bu tip xüsusi təyinatlı dəstələrin yaradılmasını, onların sözü ilə desək, "Amerikanın çirkin planları və şəhərlərdə etirazlarla" bağlasalar da, hazırda bunu məhəllələrdə cinayətkarlıqla mübarizə üçün təşkil edilmiş dəstələr adlandırırlar. 


"Zərbə qrupları"nın təşkilindən öncə "Sepah" məhəllələrdə yoxlama nöqtələri yaratmaqla, təhlükəsizlik fəaliyyəti göstərdiyini bəyan edirdi. Hələlik Tehranda, eləcə də digər regionlarda təşkil edilmiş patrul və "zərbə" qruplarının sayı barədə məlumat verilmir. 


Mütəxəssislərin fikirlərinə görə, İran rejimi ölkədə ağır iqtisadi vəziyyətin hökm sürdüyü, eləcə də koronavirusun yaratdığı digər iqtisadi problemlər fonunda ölkədə yaxın aylarda yenidən xalq etirazlarının baş qaldıracağından ehtiyat edir. Buna görə də rejim əvvəlcədən mümkün olan bütün vasitələrlə xalqı daha da ağır repressiyaya uğratmaq istiqamətində yeni qüvvələr formalaşdırır. 


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Hərirçi: "Bütün ölkə qırmızı vəziyyətdədir"

2020-09-18

gun az article

İranın Hormozqan əyalətində koronavirusa yoluxanların sayı 748 nəfərə çatıb

2020-09-18

gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17

gun az article

Cənubi Xorasan əyalətində 4 bal gücündə zəlzələ baş verib

2020-09-17

gun az article

BMT-nin məruzəsi: postpandemiya dövründə ölkələrin bərpası sosial ədalət prinsiplərinə əsaslanmalıdır

2020-09-17

gun az article

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

2020-09-17

gun az article

İranda daha 176 nəfər koronavirusdan ölüb, 2815 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-09-17

gun az article

Rəzəvi Xorasan əyalətində iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb

2020-09-17

gun az article

İsrail mediası: "Nətənz partlayışı İrana xəbərdarlıq etmək üçün fiziki təxribat idi"

2020-09-17

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1047 nəfərə çatıb

2020-09-17

gun az article

Tramp: “Heç bir halda İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Pompeo: ABŞ İranın Rusiya və Çindən silah almasına icazə verməyəcək

2020-09-16

gun az article

GünazTV Sep.16.2020: “İbrahim razılaşması Ortadoğuya nə vəd edir? Liderlərin açıqlaması!”

2020-09-16

gun az article

İran Trampın son təhdidi ilə bağlı BMT-yə müraciət edib

2020-09-16

gun az article

Ruhani BƏƏ və Bəhreynə xəbərdarlıq edib

2020-09-16

gun az article

Kirman əyalətində daha 5 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 794 nəfərə çatıb

2020-09-16

gun az article

Amerika iranlı və fələstinli hakerləri beynəlxalq axtarışa verib- FOTO

2020-09-16