SON XƏBƏRLƏR

“Sepah” Tehranda rusiyalı qadın jurnalisti “casusluq” ittihamı ilə həbs edib

2021.10.20, 07:36
“Sepah” Tehranda rusiyalı qadın jurnalisti “casusluq” ittihamı ilə həbs edib

Gunaz.tv

GünAz TV: Yuliya Yuzik adlı rusiyalı qadın jurnalist Tehranda “Sepah” terror təşkilatı tərəfindən həbs edilib. Ailəsinin dediklərinə əsasən, xanım Yuzik hazırda “Sepah”a məxsus həbsxanalardan birində saxlanılır.

 

Yuliya Yuzikin həmkarı olan Boris Voytsexovskiy öz “Facebook” stasutunda məsələ ilə bağlı yazıb ki, xanım Yuzik bir neçə il əvvəl İranda jurnalist kimi çalışıb. O, bir müddət əvvəl İrandan gələn iş dəvəti üzrə bu ölkəyə səfər edib. Hava limanında təhlükəsizlik qüvvələri jurnalistin xarici passportunu alıb və ölkədən gedənə qədər sənədləri özünə qaytaracaqlarını deyiblər. Lakin həmin günün axşamı “Sepah” Yuliya Yuzikin qaldığı oteldə əməliyyat keçirib, onun otağının qapısını qırıb, içəri daxil olublar və jurnalisti özləri ilə aparıblar.

 

Yuliya Yuzikə həbs olunduğu gündən sonra yalnız 1 dəfə, 1 dəqiqəlik ailəsi ilə telefon əlaqəsi yaratmağa icazə verilib.

 

O, yaxınlarına bildirib ki, hazırda harda yerləşdiyini və adını bilmədiyi həbsxanada saxlanılır və şənbə günü məhkəməsi keçirilməlidir.

 

Jurnalistin qızı da “Facebook”da status yazaraq, anasının Tehranda həbs edildiyini təsdiqləyib. Bəzi Qərb media orqanları "Sepah"ın jurnalist xanımı "İsrailə casusluq"da günahlandırdığı barədə məlumatlar paylaşıblar. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar