SON XƏBƏRLƏR

“Sepah” terror təşkilatının daha 1 əfqanlı muzdlu döyüşçüsünün cənazəsi ölkəyə gətirilib

2021.10.20, 07:36
“Sepah” terror təşkilatının daha 1 əfqanlı muzdlu döyüşçüsünün cənazəsi ölkəyə gətirilib

Gunaz.tv

GünazTV:“Sepah” terror təşkilatının Suriya savaşında öldürülmüş daha 1 əfqanlı muzdlu döyüşçüsünün cənazəsi ölkəyə gətirilib.

 

Bəşər Əsəd rejimini qorumaq məqsədi ilə Suriyaya göndərilmiş “Sepah”ın muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının üzvü Rza Kərimi 4 il əvvəl Dəməşq ətrafındakı döyüşlərdə həlak olsa da, onun meyiti yenicə tapılıb. Bildirilir ki, muzdlu əfqan döyüşçüsünün cəsədindən DNK nümunələri götürülüb və onun kimliyi müəyyən edildikdən sonra, cəsədin qalıqları ölkəyə gətirilərək, aprelin 23-də Tehranda torpağa tapşırılıb.

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.  Ölənlərin əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar