SON XƏBƏRLƏR

“Sepah” Xamneyinin hüzurunda şer demiş şairi həbs edib

2021.10.20, 07:36
“Sepah” Xamneyinin hüzurunda şer demiş şairi həbs edib

Gunaz.tv

GünAz TV: “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi vəraminli şair Hüseyn Cənnətini həbs edib.

 

İranlı insan haqları fəallarının verdiyi məlumata görə, Hüseyn Cənnəti İsfahan Universitetində tənqidamiz şer oxuyub. Bundan sonra o, “Sepah” Kəşfiyyat İdarəsinin İsfahan şəhər şöbəsinin məhkəməyə şikayəti əsasında saxlanılıb. Şairə qarşı “dövlət əleyhinə çalışma” ittihamı irəli sürülüb.

 

Cənnətinin bəzi dostlarının sosial şəbəkələrdə yazdıqlarına əsasən isə, o, ilk öncə Varəmin şəhər məhkəməsinə çağırılıb, haqqında saxlanma hökmü çıxarıldıqdan sonra isə İsfaha göndərilib.

 

Şairin 2 iyunda həbs edildiyi və bu günə qədər hansı həbsxanada və hansı şəraitdə saxlandığı barədə məlumat yoxdur.

 

Qeyd etmək lazımdır ki, Hüseyn Cənnəti bir müddət öncə İranın “dini lideri” Əli Xamneyinin hüzurunda onu öyən şer oxumaqla yadda qalıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar