Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14 11:30

​​​​​​​Ötən həftə SEPAH terror təşkilatı tərəfindən öldürülən Güney Azərbaycanın Zəngan bölgəsindən olan Hüseyn Kəbutərinin videosu yayılıb. 

Gunaz.tv Quote | Gunaz article

Videoda Hüseyn Kəbutəri dini lider Seyidəli Xamney və təhlükəsizlik orqanlarını tənqid edir. “Bəsdir, xalqın yaxasını burax, ölkə sənin dədə malın deyil”-deyə, o videoda Xamneyiyə xitabən deyir. 

O, Xamneyini  “qatil, cinayətkar, rüşvətxor, əclaf” adlandırır, ona xitabən “bir gün donuz kimi xalqın ayaqlarının altında qalıb və cavab verməli olacaqsan” deyir.

Qeyd edək ki, Hüseyn Kəbutərinin meyiti mayın 6-da Zənganın Həsən Abdal su bəndində tapılıb.  

Güney Azərbaycanın milli fəallarının sosial şəbəkə qruplarında yaydıqları məlumatlara görə, 35 yaşlı H.Kəbutəri bir müddət öncə Xamneyini tənqid etdiyinə görə İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat və təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən həbs olunub və iki ay təcridxanada saxlanılıb.

Təcridxanada dindirilərkən işgəncəyə məruz qalan milli fəalın sağ əli və sol ayağı sındırılıb.

Hüseyn Kəbutəri təcridxanadan buraxıldıqdan sonra “İnstagram” hesabında yenidən Xamneyini tənqid edib və onun tərəfdarlarının cəzalandırılmalı olduğu bildirib.

Bundan sonra həbs olunmamaq üçün gizlənən Kəbutəri mart ayının sonlarında Zənganın Cızmıq Qara Pəştulu kəndində İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin əməkdaşları tərəfindən yenidən saxlanılıb.

Son saxlanılmadan sonra Hüseyn Kəbutəri barədə heç bir məlumat əldə etmək mümkün olmayəb. Nəhayət mayın 6-ı, cümə axşamı onun cəsədi Həsən Abdal su bəndində aşkar edilib.

C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Aclıq aksiyası Evin həbsxanasına sıçradı- Daha üç Güney azərbaycanlı məhbus aksiyaya qoşulur

2021-06-13

gun az article

Türk siyasi məhbusların həyatı təhlükədədir-Təbrizdə siyasi məhbuslara dəstək dalğası böyüyür-YENİ FOTOLAR

2021-06-13

gun az article

Ərdəbil həbsxanasında aclıq aksiyası keçirən məhbuslar karantin bölməsinə köçürülüb

2021-06-13

gun az article

Türkiyənin İYİ Partiyasından Abbas Lisaniyə dəstək mesajı

2021-06-13

gun az article

BMT-nin Baş Katibi və Ali Komissarlığının illik hesabatında Abbas Lisaninin durumuna toxunulub

2021-06-13

gun az article

Siyasi məhbusların şəkilləri Təbriz küçələrinə vuruldu - FOTOLAR

2021-06-13

gun az article

İnsan Haqları Cəmiyyəti Abbas Lisani ilə bağlı açıqlama yaydı: "Təcili mücalicə olunmalıdır"-VİDEO

2021-06-13

gun az article

Abbas Lisanidən həbsxana rəhbərliyinə xəbərdarlıq: "Siyasi məhbuslara zülm dayandırılmasa sonadək savaşacam"

2021-06-13

gun az article

Güney Azərbaycanda Abbas Lisaniyə möhtəşəm dəstək aksiyası: Təbrizin küçə və meydanlarına şüarlar yazıldı

2021-06-13

gun az article

Makıda şəhər şurasının üzvü həbs edilib

2021-06-13

gun az article

Ərdəbildə İbrahim Rəisiyə ittiham: “Xalqın hüquqdan danışmasın!”-FOTO

2021-06-13

gun az article

Güneyli məhbusların aksiyası genişlənir- Daha üç məhbus aclığa qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12

gun az article

Keçmiş siyasi məhbuslardan Abbas Lisaniyə dəstək

2021-06-12

gun az article

Təbrizdə Abbas Lisaniyə dəstək verilib-FOTO

2021-06-12

gun az article

Abbas Lisaniyə dəstək aksiyası davam edir

2021-06-12

gun az article

Rəşt şəhərində türklərə məxsus yer adları dəyişdirilir-VİDEO

2021-06-12

gun az article

Zənganın ölümə aparan yolları: Ən azı 1600 kilometr yol təmir edilməlidir

2021-06-12

gun az article

Günaz.TV-nin rəhbəri İraq kürdlərinin Urmu seçkilərindəki müdaxiləsinə münasibət bildirib-VİDEO

2021-06-12

gun az article

Abbas Lisaninin başladığı aksiya genişlənir: Siyasi məhbus Yusif Kari də aclığa qoşuldu

2021-06-12