"Sepah"ın şimal- qərb sərhədlərində ikili standartı- Məhəmməd Rəhmanifər

2020-10-26 17:48

"Sepah"ın şimal- qərb sərhədlərində ikili standartı- Məhəmməd Rəhmanifərin məqaləsi

Gunaz.tv Quote | Gunaz article

Şimali Azərbaycanla İran arasında mövcud olan sərhəd xəttlərində müharibənin sona çatması və işğalçı Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması, bununla da güney azərbaycanlıların, xüsusilə də həmin azad edilmiş ərazilərə yaxın kəndlərdə yaşayan insanların sevinməsi və bölgəyə hamının istədiyi dinc şəraitin gəlməsinin ardınca "Sepah" təhrikedici addım ataraq, "Mazandaranın 25-ci Kərbala qoşunu"nun çoxlu sayda hərbçisi və texnikasını həmin bölgələrə göndərib. 


"Sepah" da daxil olmaqla, İran ordusunun ölkənin digər bölgələrində dislokasiyasının (yerdəyişmə) edilməsi adi hal sayılsa da, amma panfarsistlər və irançıların bu istiqamətdə işə saldıqları propaqanda dislokasiyanın ölkənin sərhədlərini qorumaqdan daha çox, ictimai rəyi qızışdırmaq, xüsusilə də Azərbaycan regionlarına və qonşu ölkə Azərbaycan Respublikasına qarşı təhrikamiz addımlar atmaq və işğalçı Ermənistan rejiminə daha çox dəstək vermək üçün həyata keçirildiyi düşüncəsini formalaşdırır. Əlbəttə, "Sepah"ın təbliğati fəaliyyətdə yanaşması, hətta İran hökumətinin mediasının dislokasiya ilə bağlı təbliğatı da bu düşüncələrin formalaşmasına təsirsiz ötüşməyib. 


Digər tərəfdən, dislokasiyanın mediada işıqlandırılması və bu istiqamətdə təbliğati fəaliyyətə yanaşma Güney Azərbaycan əhalisi arasında bu fikri formalaşdırıb ki, "Sepah", hətta Güney Azərbaycanda özünün "ən etibarlı" qolu olan "Aşura Sepahı"na da etibar etməyib və Şimali Azərbaycanla sərhədlərin mühafizəsi işini onlara tapşırmaq istəməyib. "Sepah"ın keçmişdə də öz qollarına etibar etməməsi məsələsi dəfələrlə müşahidə olunub. 


Sual burdadır ki, əgər "Sepah"ın məqsədi təkcə ölkə sərhədlərinin mühafizəsini gücləndirməkdisə, erməni işğalçılarının Qarabağın İranla həmsərhəd bölgəsindən çıxarılması, Azərbaycan qoşunlarının həmin bölgələrdə yerləşməsi və bu vəziyyətin həmsərhəd bölgələrdə yaşayan insanların sevincinə səbəb olması ölkə təhlükəsizliyi və sərhədyanı bölgələrdə yaşayan vətəndaşlara hansı təhdidi formalaşdırır və bu dislokasiyaya səbəb olur?! 

Son sual budur ki, ölkənin (İran-red.) şimal- qərb sərhədlərinin hansı istiqamətini gücləndirilməyə ehtiyac duyulub? Ermənilərin işğalçılığının sona çatdığı və Azərbaycan qoşunlarının həmin əraziyə gəlməsi ilə tam təhlükəsiz bölgə yaranan Azərbaycan Respublikası ilə sərhədin, ya bu torpaqların (Güney Azərbaycan) icbari hərbi xidmətə çağırılmış övladlarının hər gün  "Pjak" terrorçuları tərəfindən öldürüldüyü qərb sərhədlərinin? 


"Sepah"ın belə simvolik və müxtəlif təbliğati aspektlərlə dolu atdığı addım fonunda dünən də "PKK" terror təşkilatının üzvləri Üşnəviyyə şəhərində "Sepah" kimi simvolik və müxtəlif təbliğati aspektlərlə dolu addım ataraq, sərhədyanı bölgələrdə yaşayan insanlara meydan oxuyub və onları təhdid ediblər. Belə olduqda, ölkənin qərb sərhədlərinin təhlükəsizliyi və burada yaşayan insanların dincliyinin "Sepah" üçün əhəmiyyəti yoxdur?


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23

gun az article

Qərbi Azərbaycan əyalətində çoxlu sayda silah və döyüş ləvazimatı ələ keçirilib

2020-11-23

gun az article

“Radio Fərda” Güneyli milli-mədəni fəal Səhənd Məali haqqında veriliş hazırlayıb

2020-11-23

gun az article

İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23

gun az article

İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23

gun az article

Kürd qaçaqmalçılar əfqan mühacirləri işgəncələrə məruz qoyublar- VİDEO

2020-11-23

gun az article

Urmiya gölündə suyun azalması davam edir

2020-11-23

gun az article

42 ay mübarizədən sonra güneyli “Onur” öz adını sənədləşdirə bilib

2020-11-23

gun az article

Türklərin tarixi əsəri İsfahanın metal tullantıları arasında tapılıb

2020-11-23

gun az article

Güney Azərbaycanın 3 milli-mədəni fəalının məhkəmə iclası keçirilib

2020-11-23

gun az article

Təbrizin “Traxtur” futbol Klubunun yeni icraçı direktoru seçilib

2020-11-23

gun az article

Mühəndis Əlirza Fərşinin Böyük Tehran Həbsxanasından azadlıq mesajı

2020-11-22

gun az article

"Həmədan Əyalətinin Mətbuat Tarixi" kitabı nəşr olunub

2020-11-22

gun az article

Abbas Lisani zindanda oturaq aksiya keçirib, məsullar cavab verməyə məcbur olublar: Görüş qadağası ləğv edilib, amma telefon əlaqəsi yox

2020-11-22

gun az article

GünazTV Nov.21.2020 : “Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”

2020-11-21

gun az article

GünazTV Nov.20.2020 : 10Noyabr Bildirisindən sonra,Qarabağın Gələcəyi və Türkiyə_Rusya münasibətləri

2020-11-21

gun az article

GünazTV Nov.20.2020-Azadlıq səsi: Prezident Əliyev Xudafərinə səfəri və İranın narahatçılığı

2020-11-21

gun az article

Şərqi Azərbaycanın mədən gəlirlərinin 80% -i əyalətə qaytarılmır

2020-11-21

gun az article

"Əhər-Təbriz" yolunda ağır yol qəzası baş verib

2020-11-21

gun az article

Qərbi Azərbaycanda havanın tempraturu aşağı düşəcək, qar yağacaq

2020-11-21