Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17 15:50

Şərqi Azərbaycan əyalətinin Sərəskənd (Həştrud) bölgəsində Təhsil Nazirliyinin xeyriyyəçi qadın məktəb tikdirir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə bölgənin Təhsil İdarəsinin başçısı Bəhmən Əqdəmi bildirib. 


Bəhmən Əqdəmi deyib ki, Nərgis Heydəri adlı sahibkar Xəlifə kəndinin “Şəhid Cahanşahi” məktəbinin tikintisi üçün 200 milyon tümən vəsait ayırıb.


Bəhmən Əqdəminin sözlərinə görə, cari təhsil ilində bu yerli xeyriyyəçilər tərəfindən tikiləcək 28-ci məktəbdir. 


Təhsil İdarəsinin başçısı bildirib ki, Nərgis Heydəri Qəzvində yaşayır.

Dünyaya gəldiyi Xəlifə kəndinin köhnə daş məktəbinin uçduğunu, uşaqların konteyner məktəbdə təhsil aldığını eşidən Nərgis Heydəri məktəb tikintisinə yardım edib.


Mayın 25-də Şərqi Azərbaycan əyalətinin Məktəblərin Yenidənqurulması və Texniki Təminat Baş İdarəsinin məsulu Əli Nəcəfi Sərəskəndin (Həştrud) Nəzər Kəhrizi bölgəsinin Qarqa kəndində yerli xeyriyyəçilər tərəfindən tikilən 3 sinif otaqlı məktəbin açılış mərasimində çıxışı zamanı bu məsələdən danışıb.

O, deyib ki, əyalətdə 500 konteyner (Kaneks) məktəb mövcuddur və bir sıra bölgələrdə hətta konteyner məktəblərin quraşdırılmasında da çətinlik yaşanır.


Sərəskənd İcra Hakimiyyətinin rəhbəri Əmin Əminiyan bölgədə 37 qeyri-standard konyetner məktəbin olduğunu bildirib.


Əminiyan bununla yanaşı bölgədə sinif otaqlarının 115-nin təhlükəli və dayanıqsız, 53 sinif otağının isə yarım dayanıqsız vəziyyətdə olduğunu vurğulayıb.


Qeyd edək ki, son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemi bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.

Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitinin ayrılmayacağına işarə ediblər.

C.E

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

https://gunaz.tv/az/new/serqi-azerbaycanda-10-min-sinif-otaginin-yeniden-qurulmasina-ehtiyac-var-1622078807

https://gunaz.tv/az/new/sereskend-mekteblileri-qeyri-konteyner-mekteblerde-tehsil-alir-1618660735

https://gunaz.tv/az/new/sereskend-ehalisinin-26-savadsizdir-1611657661

https://gunaz.tv/az/new/serqi-azerbaycanda-mekteblerin-60-faizinde-yenidenqurma-islerine-ehtiyac-var-122913

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03