GünAz TV: “Rusiya Federasiyası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) vasitəçiliyi ilə atəşkəs yarandıqdan sonra işğal altındakı ərazilərin azad edilməsi haqqında tələb qüvvədə qalır. Bu zaman heç bir halda zor işlədilməməli və Dağlıq Qarabağın qəti statusu müəyyən edilməlidir”.
Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə sualı cavablandırarkən söyləyib.
Rusiyalı nazir vurğulayıb ki, 2016-cı ilin aprel ayının qanlı hadisələri olduqca dərin narahatlıq doğurur. Həmin vaxt qan tökülməsini dayandırmaq üçün Rusiya həlledici rol oynayıb. S.Lavrovun sözlərinə görə, insidentlərin araşdırılması mexanizmini yaratmaq, bilavasitə təmas xəttində ATƏT-in müşahidəçilərinin sayını artırmaq lazımdır. Nazir fikrini belə tamamlayıb: “Nə qədər ki, ATƏT-də konsensus (uzlaşma) yoxdur, bütün bunları həyata keçirmək mümkün deyil”. AzTV
N.S