SON XƏBƏRLƏR

Sergey Markedonov: "Qondarma soyqırım Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında bir o qədər də önəm təşkil etmir", "Əsas problem Dağlıq Qarabağ münaqişəsidir"

2021.10.20, 07:36
Sergey Markedonov: "Qondarma soyqırım Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında bir o qədər də önəm təşkil etmir", "Əsas problem Dağlıq Qarabağ münaqişəsidir"

Gunaz.tv
qarabag.jpg "Əsas problem Dağlıq Qarabağ münaqişəsidir" Sergey Markedonov: "Qondarma soyqırım Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında bir o qədər də önəm təşkil etmir" ABŞ-dan fərqli olaraq, Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsiri getdikcə azalır. Bu barədə mətbuata Rusiyanın siyasi və hərbi araşdırmalar institutunun millətlərarası münasibətlər departamentinin rəhbəri Sergey Markedonov danışıb. Onun qənaətinə görə, Kosovanın müstəqilliyinin elan olunmasından və bölgənin bir sıra dövlətlər tərəfindən tanınmasınqdan sonra Rusiya Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyini birmənalı şəkildə ortaya qoyub: "Ancaq Moskva Qarabağla əlaqədar öz strategiyasını müəyyənləşdirməkdən ehtiyat edir. Şübhəsiz ki, Rusiyaya Azərbaycanla stabil münasibətlər lazımdır". Azər Markedonov açıqlamasında Türkiyə-Ermənistan münasibətlərinin mövcud durumuna da toxunub. Onun sözlərinə görə, Türkiyənin Ermənistanla münasibətlərinə mane olan əsas faktor Dağlıq Qarabağ münaqişəsidir: "Ankara bu məsələdə Türkiyənin sabiq prezidenti Turqut Özalın mülahizələrini əsas götürür. Özal deyirdi ki, Türkiyə Osmanlı dövlətinin irsinə görə məsuliyyət daşıyır. Lakin sabiq prezident bunu Naxçıvanın taleyindən narahatlıq keçirdiyi üçün dilə gətirmişdi. Çünki Bakı və Ankara hesab edirdilər ki, Naxçıvana erməni hərbi birləşmələri daxil ola bilər. Bu gün isə Türkiyədə Ermənistanla münasibətləri normallaşdırmaq istəyən siyasətçilər var. Bununla yanaşı, kifayət qədər güclü Azərbaycan lobbisi də var ki, bu proseslərə maneə yaradır. Bu baxımdan, iki ölkə arasındakı başlıca problem məhz Dağlıq Qarabağ münaqişəsilə bağlıdır. Qondarma soyqırım isə bir o qədər də önəm təşkil etmir". Rusiyalı ekspertin qənaətinə görə, son zamanlar regionun böyük dövlətlərindən sayılan İranla Azərbaycanın münasibətlərində müsbətə doğru irəliləyiş nəzərə çarpır: "İran son zamanlar Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqelərini Bakının xeyrinə dəyişib. Təbii ki, münasibətlər də istiləşib. Hər iki ölkənin ümumi problemlər də var: Xəzər, Cənubi Azərbaycan. Doğrudur, siyasətçilər Güney və Qüzey Azərbaycanın nə zamansa birləşə biləcəyini real hesab etmirlər. Bununla yanaşı, Tehran Bakının maraqlarını da nəzərə almaq məcburiyyətindədir". xalqcəbhəsi qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar