Sərhəd ajiotajı: “Azərbaycan ağıllı strategiya ilə hərəkət edir"-Politoloq

2021-05-18 13:11

​​​​​​​“44 günlük Vətən savaşı və ondan sonra Azərbaycan hərbi, siyasi və diplomatik baxımdan doğru taktika və strategiya ilə hərəkət edir”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı Zəngəzurda yaranmış gərginliyə münasibət bildirən siyasi elmlər fəlsəfə doktoru Nazim Cəfərsoy, QAFSAM sədr müavini Nazim Cəfərsoy deyib. Siyasi şərhçi Günaz.TV-yə açıqlamasında bildirib ki, Azərbaycanın atdığı addımlar qanunidir:

“44 günlük Vətən savaşı və ondan sonra Azərbaycan hərbi, siyasi və diplomatik baxımdan doğru taktika və strategiya ilə hərəkət edir. Sərhədlərin delimitasiyası ciddi prosesdir. Azərbaycanın Ermənistanla 1000 kilometr sərhədi var. Bu poses mərhələ-mərhələ gedəcək. Zəngilandan başlanıb Laçına çatıb. Hələ qarşıda Kəlbəcər və digər bölgələr var. 

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Dr. Cəfərov Nazim Kamil

Bu proses Ermənistanda seçki kampaniyasının fonunda baş verdiyindən hay-küyə, ajitotaja səbəb olur. Seçki ərəfəsində Ermənistan rəhbərliyi, Nikol Paşinyan canfəşanlıq edir ki, cəmiyyəti sakitləşdirsin. Göstərir ki, mən bu məsələdə əlimdən gələni edirəm, parlamenti toplayıram, Təhlükəsizlik Şurasının iclasını keçirirəm, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edirəm. 

Vladimir Putinə, Qazaxıstan prezidentinə müraciət edirəm və s. Paşinyan bununla deyir ki, əlindən gələni edir ki, Azərbaycana müqavimət göstərsin. Çünki müxalifət onu Ermənistalın maraqlarını qoruya bilıməməkdə günahlandırır. Bu cür ittihamlardan yayınmaq üçün Paşinyan Zəngəzur ətrafında hay-küy salır. Şəxsi qənaətim odur ki, bu məsələlər prinsipial olaraq 10 noyabr Bəyanatında razılaşdırılıb. Paşinyanın bu istiqamətdə hay-küyü daha çox imitasiya xarakteri daşıyır”. 

Politoloq hesab edir ki, ermənilərə zaman-zaman verilmiş torpaqlarımızın qaytarılması təbii və qanuni prosesdir: “Azərbaycanla Ermənistan arasında mövcud sərhədlər 1975-ci ildə SSRİ-nin hərbi adminstrativ xəritəsi ilə müəyyən edilib. 1975-ci ildən bizim rizamız olmadan Ermənistana verilmiş torpaqlar geri qaytarılmalıdı. Naxçıvanın Kərki kəndi, Qazağın 7 kəndi Azərbaycana verilməlidir. Azərbaycanla Ermənistan arasında 100 il boyunca dəqiq sərhəd olmayıb. Bu proses indi aparılır. Yəni bu, bu 100 illik problemdir, ağrılı prosesdir. Beynəlxalq hüququn bizə verdiyi imkanlarla yəqin ki, bu problem həllini tapacaq”.

Nazim Cəfərsoy Azərbaycanın bu məsələ ilə bağlı hansısa beynəlxalq sanksiyaya məruz qalmayacağını bildirib: “Bu məsələ ilə bağlı hansısa beynəlxalq sanksiyaya məruz qalacağını düşünmürəm. Çünki bunun hüquqi əsası yoxdur. Bu problemin geosiyasi dəyəri də yoxdur.  

Bizə sanksiya enerji məsələsində qoyula bilər. Enerjini də ingilis və Amerikan şirkətləri alır. Onlar da bunu etməz. Bizim ixrac etdiyimiz enerjinin mühüm bir hissəsini İsrail alır. Yəhudi lobbisi Azərbaycana qarşı hər hansı sanksiyaya imkan verməz. Fransa bizə nə sanksiya verə bilər ki?”.

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24

gun az article

“The Jerusalem Post” qəzeti: “İranın Atom Enerjisi Təşkilatının binasına qarşı hücum böyük ziyana səbəb olub”

2021-06-24

gun az article

Azərbaycan Səudiyyə Ərəbistanını azad olunan ərazilərdə bərpa işlərinə dəvət edib

2021-06-24

gun az article

"İranla heç bir razılaşmadan söhbət gedə bilməz”- Amerika rəsmisi

2021-06-24

gun az article

"Rusiya İrana silah satmağa hazırdır"-Səfir

2021-06-24

gun az article

Suriya, İraq və İranda fəaliyyət göstərən PKK-çılar Türkiyədə təslim oldu

2021-06-24