SON XƏBƏRLƏR

“Sərhədsiz Reportyorlar” təşkilatı: “İran qadın jurnalistlərinin ən böyük zindanına çevrilib”

2021.10.20, 07:36
“Sərhədsiz Reportyorlar” təşkilatı: “İran qadın jurnalistlərinin ən böyük zindanına çevrilib”

Gunaz.tv

GünazTV: “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı avqustun 26-da yeni hesabat yayaraq, İranda qadın jurnalistlərə qarşı göstərilən təzyiqlərin gücləndirilməsinə və onlara qarşı həbslərin genişləndirilməsi məsələsinə toxunub.

 

Hesabatda bildirilir ki, bundan əvvəl jurnalistlər üçün dünyanın beş böyük həbsxanasındən biri sayılan İran İslam Respublikası, hazırda media sahəsində fəaliyyət göstərən qadın jurnalistlərinin ən böyük zindanına çevrilib: “Hazırda jurnalistlər və media fəalları olan Nərgiz Məhəmmədi, Mərziyə Əmiri, Henqamə Şəhidi, Firəngiz Məzlum, Nuşin Cəfəri, Əsəl Məhəmmədi, Sanaz Allahyari, Sepidə Muradi, Avişa Cəlaləddin və Şima İntisari peşə borcunu yerinə yetirdiyinə görə əsassız ittihamlara həbs edilərək zindana salınıb” –deyə hesabatda bildirilir.

 

“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının İran və Əfqanıstan bölməsinin məsulu Rza Moini, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi olan Cavid Rəhmana müraciət edərək, onu İranda həbs edilən qadın jurnalistlərin dərhal azadlığa buraxılması üçün addım atmağa və bununla bağlı İran rejiminə təzyiq göstərməyə çağırıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar