“Sərhədsiz Reportyorlar” təşkilatı: “İranda səsvermə hüququna malik olan 55 milyon nəfər azad informasiyadan məhrumdur”

2017-05-05 10:51

GünAzTV: “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı mayın 4-də bəyanat yayaraq İranda prezident seçkiləri ərəfəsində sərbəst informasiya mübadiləsinə qoyulan məhdudiyyətlərdən, jurnalistlərə və İnternet fəallarına qarşı təzyiqin gücləndirilməsindən narahatlığını bildirib.

 

Söz və ifadə azadlığının müdafiəçisi kimi tanınan təşkilatın yaydığı bəyanatda bildirilir ki, İranda səsvermə hüququna malik olan 55 milyon nəfər, müstəqil və azad informasiya mübadiləsindən məhrum edilib: “Aprelin 28-də, ölkənin rəsmi mediasından məhrum edilən islahatçıların və onlara yaxın İnternet istifadəçilərinin son həftələrdə geniş istifadə etdiyi “İnstaqram” sosial şəbəkəsi, İran Məhkəmə Sistemi rəsmilərinin göstərişi ilə qapadılıb, müstəqil jurnalistlərə qarşı təzyiq və repressiyalar gücləndirilib.

 

İran hakimiyyətinin “İnstaqram” sosial şəbəkəsinin fəlaliyyətinin qarşısını almaq üçün göstərdiyi bütün səylərinə, eləcə də ölkədə “Twitter”, “Facebook”, “Teleqram” və digər sosial şəbəkələrin fəaliyyətinə qoyulan qadağa və məhdudiyyətlərə baxmayaraq bu şəbəkələr sərbəst informasiyanın vətəndaşlara çatdırılmasında mühüm rol oynayır. Maraqlıdır ki, vətəndaşların həmin şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulduğu bir halda, İranın bir sıra rəsmiləri, o sıradan da prezidentliyə namizədlər həmin şəbəkələrdən geniş şəkildə faydalanır, təbliğat işi aparırlar.

 

Biz, “Sərhədsiz Reportyorlar” təşkilatı olaraq İranda sosial şəbəkələrin sərbəst fəaliyyətinə qoyulan qadağalardan narahatlıq hissi duyur, 28 media fəalını həbsdə saxladığı bu ölkənin dünyada jurnalistlər üçün 5 böyük zindandan biri olduğundan təəssüfləndiyimizi bildiririk”.

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15