SON XƏBƏRLƏR

Sərkisyan Abdullah Gülü Ermənistan-Türkiyə maçını canlı izləməyə dəvət edib

2021.10.20, 07:36
Sərkisyan Abdullah Gülü Ermənistan-Türkiyə maçını canlı izləməyə dəvət edib

Gunaz.tv
Sərkisyan Abdullah Gülü Ermənistan-Türkiyə maçını canlı izləməyə dəvət edib Ermənistan prezidenti Serj Sərkisyan türkiyəli həmkarı Abdullah Gülü İrəvana səfərə dəvət edib. APA-nın məlumatına görə, Serj Sərkisyan Astanada keçirilən görüş zamanı Abdullah Gülə sentyabrın 6-da futbol üzrə dünya çempionatının qrup mərhələsində İrəvanda keçiriləcək Ermənistan-Türkiyə matçını fəxri tribunadan birgə izləməyə çağırıb. Abdullah Gülün bu təklifi necə dəyərləndirəcəyi hələlik açıqlanmayıb. Qeyd edək ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməsi, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı “soyqırımı” törədilməsi kimi ittihamları və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi səbəbilə Türkiyə bu ölkə ilə diplomatik əlaqələri dondurub. 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar