SON XƏBƏRLƏR

Sərkisyanın demokratiya fırıldağı

2021.10.20, 07:36
Sərkisyanın demokratiya fırıldağı

Gunaz.tv
Sərkisyanın demokratiya fırıldağı sarkisyan.jpg Azərbaycan Qərbdə Ermənistanın "demokratik" imicinin formalaşmasının qarşısını almalıdır Saxtakarlıqla və bu saxtakarlığa etiraz edən insanların qanını tökməklə prezident kürsüsünə yiyələnən Serj Sərkisyan "Azadlıq"radiosunun saytına eksklüziv məqalə yazıb. Məqaləsində o bildirir ki, son bir neçə aydır ki, Ermənistan iki səbəbdən Avropanın xəbər gündəmindədir. Bunlardan biri prezidenet seçkisindən sonra paytaxt İrəvanda baş vermiş iğtişaşlardır. İkincisi isə iyunun 7-də onun Azərbaycan prezidenti ilə Sankt-Peterburqda görüşüdür. Serj Sərkisyan Ermənistanın keçid dövründə olduğunu deyir: "Bir çox problemin olmasına baxmayaraq, Ermənistan davamlı, uğurlu idarəçiliyə aparan yolun bir hissəsi kimi islahatları daha da dərinləşdirir, demokratik institutları gücləndirir". Ramiz Mikayıloğlu O yazır ki, seçkidən sonra fikir ayrılıqları ona geniş siyasi koalisiya yaradaraq parlamentdəki 5 fraksiyadan 4-nü bir araya gətirmək fürsəti verir: "Bu koalisiyanın missiyası əsas etibarilə hazırda həyata keçirdiyimiz geniş miqyaslı, demokratik yönümlü, sosial-iqtisadi islahatlardan ibarətdir. Ölkədə demokratik təsisatların fəaliyyəti ilə bağlı Avropa Şurası Parlapment Assambleyasının (AŞ PA) 1609 saylı qətnaməsinin ruhuna uyğun olaraq işləyirik. Bütün islahatlar Avropa Şurası Venesiya Komissiyasının verdiyi ekspert rəyləri əsasında həyata keçirilir". Qeyd edək ki, dünən AŞ PA-nın yay sessiyası öz işinə başlayıb. Yaz sessiyasında qəbul olunmuş 1609 saylı qətnaməylə əlaqədar Ermənistanla bağlı xüsusi müzakirələr aparılacaq. Buna görə də Serj Sərkisyanın jesti başa düşüləndir. Hiyləgər Ermənistan prezidenti Qərbə ölkədə uzunmüddətli demokratik islahatlar aparacağını vəd edir, özünün demokratiyaya sadiqliyini göstərməyə çalışır və bununla da ən azı 10 nəfərin öldürülməsi hesabına prezident kürsüsündə əyləşməsini beynəlxalq ictimaiyyətin nəzərində arxa plana keçirməyə cəhd edir. O da məlumdur ki, zaman-zaman İrəvan və onun havadarları bu ölkəni dünyaya demokratik imicdə sırımağa çalışıblar. Bu da təsadüfi deyil. Çünki Dağlıq Qarabağ münaqişəsində ermənilər həmişə "demokratik ölkə daha haqlıdır" tezisindən yararlanmağa can atıblar. Son prezident seçkiləri dönəmində baş verən olaylar isə bu arqumenti faktiki heçə endirib. Ermənistanda mövqelərini itirmək istəməyən Rusiya öz əlaltısı olan Serj Sərkisyanı prezident kürsüsündə əyləşdirmək üçün qan tökülməsinə belə qol qoyub. O da diqqətdən yayınmır ki, AŞ PA-nın iclası öncə məqalə yazıb Qərbə yönəlik jest görüntüsü yaradan Serj Sərkisyan elə dünən Rusiya paytaxtı Moskvaya rəsmi səfərə yollanıb. O, üç gün çəkəcək səfərdə rusiyalı həmkarı Dmitri Medvedyev, baş nazir Vladimir Putin, Federal Məclisin palata sədrləri Sergey Mironov və Boris Qrızlovla görüşəcək. Onun Rusiya ekspertləri və erməni diasporu nümayəndələrilə də bir araya gələcəyi gözlənilir. Aydındır ki, əsas məsələ Serj Sərkisyanın Moskvadan alacağı yeni təlimatlardır. Belə olan durumda isə rəsmi Bakı fəallaşmalıdır. Saxta seçkilərə və qan tökülməsinə baxmayaraq, xristian təəssübkeşliyi amili fonunda Qərb ölkələrində həmişə ermənilərə münasibətdə sərgilənən xüsusi yanaşma bu dəfə də həlledici rol oynaya və yenə də Ermənistanın daha demokratik ölkə imicində təqdim olunmasına çalışıla bilər. Diqqətdən o da yayınmadı ki, Ermənistanda prezident seçkiləri dönəmində əhaliyə atəş açılması, insanların öldürülməsi səhnələrini Qərbin aparıcı telekanalları nümayiş etdirmədilər. Bu gün Azərbaycan əldə etdiyi və telekanallarında nümayiş olunan həmin səhnələri dünyaya çatdırmaq yönündə aktiv fəaliyyət göstərməli və Rusiyanın bu forpostunun növbəti dəfə Qərbdə yalançı imicinin formalaşması prosesinin qarşısını almalıdır. Bu həqiqətləri görən dünya ictimaiyyəti yəqin ki, XXI sərdə belə vəhşilik törədən işğalçı Ermənistandakı hakim klanın Azərbaycan türklərinə qarşı hansı vəhşilikləri törətdiklərini dərk və qəbul edəcək. Həm də Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi üçün payızda prezident seçkilərinin azad və ədalətli keçirilməsinə də xüsusi önəm verilməlidir. Əks halda, Rusiya və "demokratiya carçısı" Qərbin Ermənistana dəstəyini artırması Azərbaycana yaxşı heç nə vəd etmir... www.xalqcebhesi.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar