SON XƏBƏRLƏR

Şərq lövhələri. Fələstin

2021.10.20, 07:36
Şərq lövhələri. Fələstin

Gunaz.tv
Şərq lövhələri. Fələstin İsrail Fələstindəki HƏMAS təşkilatı ilə altı aylıq atəşkəs müqaviləsi bağladı. Anlaşmanın şərtlərinə görə, tərəflər bir-birlərinə atəş açmayacaq, partlatmayacaq, raket atmayacaqlar. Bir sözlə, savaşmayacaqlar. Fələstinlilər bunu "sionist düşmən" üzərində qələbə kimi dəyərləndirirlər, çünki İsrailin atəşkəslə bağlı şərtlərindən biri ərəblərin xeyli əvvəl əsir aldıqları kapral Gilad Şalitin azad olunması idi. İndisə həmin şərtsiz anlaşma var: HƏMAS Şaliti azad edəcəyini bildirib. Bu müqavilə Fələstin və ya İsrailin uğuru sayıla bilərmi? İlk baxışdan - hə. Tərəflər altı ay müddətinə olsa da, atəşkəsə riayət etməyə çalışacaqlar. Eyni zamanda İsrailin HƏMAS-ı tərəf kimi tanıması da çox böyük irəliləyişdir. Çünki məhz Təl-Əvivin inadkarlığı və Fələstində Qərbin təzyiqi ilə keçirilən demokratik seçkilərdə qələbəyə nail olmuş HƏMAS-ı tanımamaq mövqeyi problemin həllini xeyli çətinləşdirmişdi. HƏMAS rəhbərliyi seçkilərdən sonra əvvəlcə Rusiya, sonra Türkiyəyə səfər edəndə İsrail və ABŞ böyük səs-küy qaldırmış, Moskva və Ankaranı terrorçularla danışıqlar aparmaqda suçlamışdı. İsraill və Birləşmiş Ştatların rəhbərliyinin davranışı yetərincə məntiqsiz idi. Fələstinin əksər hissəsinə nəzarət edən bir təşkilatı tanımamaqla, onu blokadaya almaqla, Qəzzədəki yüz minlərlə fələstinlini içməli su, elektroenerжi, dava-dərman, yanacaq və ərzaqdan məhrum etməklə israillilərlə amerikalılar nəyə nail olmağa çalışırdılar - hələ də bəlli deyil. Əgər məqsəd HƏMAS-ı zəiflətmək, fələstinlilər "ac üsyan"a təhrik edərək Qəzzəni radikal təşkilatın nəzarətindən çıxarmaqdısa - absurd və sadəlövh planlardı. Vaşinqton nəzərə almadı ki, belə sərt addımlar nəticəsində fələstinlilərin ABŞ-a və İsrailə nifrəti daha da artacaq, "böyük düşmənlər"ə qarşı mübarizə aparan təşkilat statusu qazanacaq HƏMAS-ın populyarlığı artacaq, üstəlik çoxsaylı terrorçu və radikal qruplaşmaların nüfuzları ilə potensial xitab imkanları böyüyəcək. Belə də oldu. Qərblə dialoq aparan, İsraili dövlət qismində tanımağın yollarını müzakirə edən Fələstin Azadlıq Təşkilatına qarşı əks mövqe tutan HƏMƏS iki günün içində Qəzzəni tam ələ keçirdi, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasın tabeçiliyində olanları güllələdi, qaçan qaçdı, qaçmayan da HƏMAS-a sədaqət andı içdi. İsrail isə daha da qəzəbləndi, situasiyanın özü üçün təhlükəli səviyyəyə çatdığını anladığından Qəzzəni tam blokadaya aldı və orada cəza aksiyaları keçirməyə başladı, bu minvalla qambit durumuna düşdü: Təl-Əviv vəziyyəti düzəltmək üçün hansı addımı atdısa, durumu daha da ağırlaşdırdı. Təl-Əviv siyasətçiləri gec də olsa, anlamaq istəmirlər ki, onlar terrorçulara qarşı mübarizə aparmaları, dinc israillilərin təhlükəsizliyini və həyatlarını təmin etməyə çalışmaları, terror və ekstremizmə son qoymaq istədikləri barədə istədikləri qədər danışa bilərlər. Dünya İsraili eşitsə də, gördüyü başqa mənzərədir. O mənzərədə isə Qəzzə şəhərlərinin küçələrində guruldayan İsrail tankları, güllələnən fələstinlilər, bombalanan ərəb ailələri, qanına boyanmış körpələr, dərddən nalə çəkən analar, qəzəblə udqunan atalar və yetim qalmış uşaqların əllərində sıxdıqları oyuncaq "Kalaşnikov"lar var. Dünya Qəzzə küçələrində İsrailin antiterror aksiyası nəticəsində bombalanan və ya güllələnən fələstinlinin dəfn mərasimini, bu mərasimə qatılan minlərlə insanı, onların "Səndən əvvəlki şəhidlərə qoşuldun, bizi gözləyirsən!" qışqırtılarının səsini eşidir. Və buna görə də İsraili haqsız sayır. İsrailin durumu isə çox ağırdır: bunu ölkə rəhbərliyi əsla etiraf etmək istəməsə də. 1948-ci ildə yarandığından əhalisinin əksəriyyəti vur-tut üçüncü nəsil israilli olan dövlətin vətəndaşı olmaq asan deyil. İsrailə qonşu olan ölkələrdən heç biri onun dövlət mövcudluğunu tanımır və yəhudilərin dövlətini "dənizə tökmək" arzusunu əsla gizlətmir. Düşmən əhatəsində yaşamaq israillilərdə permanent təlaş, xof və qəzəb yaradıb. İsrail küçələrində indi depressiv hava var. Fələstin problemi həll olunmayınca. Ərəb dünyasının İsrailə münasibətini müəyyənləşdirən məsələnin, artıq prinsip və şərəf müstəvisinə çıxarılan Fələstin olduğunu nəzərə alsaq, Təl-Əviv obyektiv reallıqları görməyincə, düşmən əhatisində yaşamalı olacaq. Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar