SON XƏBƏRLƏR

Şərq Tərəfdaşlığı.Azərbaycanı Avropa İttifaqına aparan yol, yoxsa dalan?

2021.10.20, 07:36
Şərq Tərəfdaşlığı.Azərbaycanı Avropa İttifaqına aparan yol, yoxsa dalan?

Gunaz.tv
Şərq Tərəfdaşlığı Azərbaycanı Avropa İttifaqına aparan yol, yoxsa dalan? Ötən ay keçmiş SSRİ-nin Avropa hissəsi üçün xeyli əlamətdar hadisə ilə yadda qaldı. İki Baltik ölkəsi - Polşa və İsveçin irəli sürdüyü və Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistanı əhatə etməsi təklif olunan Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü bir çoxları üçün yenilik oldu. Əslində isə Şərq Tərəfdaşlığı təşəbbüsünün prelüdiyası bir qədər əvvəl - aprelin 21-də baş vermişdi. Bavariya Xristian-Demokrat İttifaqının vitse-prezidenti İnqo Fridrix Avropa Parlamentinin iclasında Ukrayna, Moldova və Cənubi Qafqaz ölkələrinin daxil olacağı Şərqi Avropa İttifaqının yaradılmasını məsələsini gündəmə gətirmişdi. Şərqi Avropa İttifaqı ölkələrinin qitəyə aidliyi təsdiq olunsa da, onlar "üçüncü yolu" seçməli, yəni bu dövlətlərin Aİ üzvlüyü perspektivi ən azı müvəqqəti olaraq təxirə salınmalı idi. İ.Fridrixin fikrincə, Aİ artıq genişlənmə imkanlarından tam istifadə edib və bu Avropa ölkələrini perspektivsiz qoymaq düzgün olmazdı: "Şərqi Avropa İttifaqı tədricən Aİ-yə yaxınlaşacaq ölkələr üçün müvəqqəti həll yolu olaraq nəzərdən keçirilməlidir". Təxminən bir aydan sonra - mayın 26-da Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında bu dəfə bənzər təşəbbüs Polşa və İsveçin ifasında meydana çıxdı. Yeni Şərq Tərəfdaşlığı təşəbbüsünə Avropa İttifaqının 27 üzvü və adıçəkilən postsovet ölkələrinin daxil olması nəzərdə tutulmuşdu. Bu çərçivədə vizaların ləğvi, azad ticarət zonalarının yaradılması və strateжi müqavilələr imzalanması haqda danışıqlar aparılmalı, tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi, enerжi təminatı məsələlərinə dair layihələrin həyata keçirilməsi planlaşdırılırdı. Belarus istədiyi təqdirdə bu təşəbbüsə ekspertlər səviyyəsində qoşula, Rusiya isə yalnız yerli təşəbbüslərin, məsələn, Kalininqrad probleminin həllinə cəlb edilə bilərdi. Fransanın müəllifi olduğu və İsrail daxil olmaqla əsasən sahildəki müsəlman ölkələrini əhatə edən "Aralıq dənizi İttifaqı"ndan fərqli olaraq, yeni qurum katibliyə malik olmayacaq, Avropa Komissiyası tərəfindən koordinasiya ediləcək və Avropa Qonşuluq Siyasəti proqramının 2007-2013-cü illər büdcəsindən maliyyələşdiriləcəkdi. Əslində isə təşəbbüsün əsas məqsədinin haqqında söhbət gedən ölkələrin Rusiyanın təsir dairəsindən birmənalı şəkildə qurtarılması olması elə Moskvanın özündə də çox yaxşı dərk olunurdu. Başqa tərəfdən isə Şərq Tərəfdaşlığı üzv ölkələrinin Aİ üzvlüyü xəyallarından imtina etməsi kimi qiymətləndirilməlidir. İlk öncə Fransanın ideyanı dəstəkləməsi, Almaniya, Böyük Britaniya və Нiderlandın da ideyaya maraq göstərildiyi bildirilsə də, sonradan təşəbbüsün əslində heç gözlənilməyən yeni dostlarının və düşmənlərinin mövcudluğu, onun bir çox dövlətin maraqlarına toxunduğu bəlli oldu. Elə təşəbbüsün taleyində həlledici rolu da məhz bu amil oynadı. Bu baxımdan İspaniya, İtaliya və Portuqaliyanın təşəbbüsə şübhə ilə baxması lap əvvəldən məlum olsa da, gözlənilmədən Rumıniya və Bolqarıstan da yeni təşəbbüsün əleyhinə çıxdıqlarını bəyan etdilər. Belə ki, yeni qurum bu iki ölkənin irəli sürdükləri Aİ-nin "Black Sea Sinergy" əməkdaşlıq layihəsi ilə rəqabət təşkil edir. Rumıniya Xarici İşlər Нazirliyinin rəsmisi Radutsa Matake (Raduta Matache) bildirib ki, Şərq Tərəfdaşlığı yalnız mövcud layihənin tamamlayıcısı rolunu oynaya bilər: "Biz Rumıniyanın şərq qonşuluğundakı legitim maraqlarının Aİ-nin mümkün yeni təşəbbüsündə düzgün əksini tapmasına əmin olmalıyıq". Aİ-nin xarici əlaqələr və qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdnerin sözlərinə görə "Black Sea Sinergy" layihəsi üçün ildə ən azı 1 milyard avro vəsait ayrılacaq: "Çünki Rumıniya və Bolqarıstanın Avropa İttifaqına daxil olmasından sonra ittifaq Qara dəniz bölgəsinin bir hissəsinə çevrilib və bu fürsətdən daha yaxşı əməkdaşlıq üçün yararlanmağı arzulayır". Digər tərəfdən isə nə Ukrayna, nə də Moldovanı Aİ üzvlüyündən vaz keçmək qəti qane etmir. Ukrayna XİН yaydığı açıqlamada təşəbbüsə daxil olacaq ölkələrə Avropa Birliyinə aydın şəkildə üzvlük perspektivinin verilməsini istəyib. Əslində bu mövqe Şərq Tərəfdaşlığı ideyasının müəllifi Polşa tərəfindən də dəstəklənir. Bu ölkənin XİН başçısı Radoslav Sikorski bildirib ki, Fransanın arxasında durduğu "Aralıq dənizi İttifaqı"ndan fərqli olaraq Şərq Tərəfdaşlığı üzvlərinə üzvlük imkanlarını təqdim edir: "Şərqdə avropalı qonşularımız var və onlar bir gün Aİ-yə daxil olmaq üçün müraciət etmək hüququna malikdirlər". Azərbaycan üçün daha bir maraqlı cəhət Şərq Tərəfdaşlığının "Aralıq dənizi İttifaqı" ilə bağlı olmasıdır. Məlum olduğu kimi, ikinci təşəbbüs vasitəsilə Fransa Türkiyənin Aİ üzvlüyünə yolunu bağlamaq niyyətindədir və bütün Avropa dövlətləri tərəfindən birmənalı qarşılanmır. Şərq Tərəfdaşlığı layihəsini dəstəkləməklə Fransa postsosialist blokuna mənsub yeni Aİ üzvlərinin rəğbətini qazanmağı və bundan "Aralıq dənizi İttifaqı", eləcə də Aİ-nin müdafiə problemləri ilə bağlı məsələlərdə məqsədyönlü şəkildə istifadə etməyi düşünür. Şərqi Avropa məsələlərini gündəliyə daxil etməklə Fransa əslində Aİ-nin diqqətini Türkiyənin üzvlük prosesindən yayındırmağı qarşısına məqsəd qoyub. Fransanın xarici işlər naziri Bernar Kuşnerin fikrincə, "eyni vaxtda həm cənub, həm də şərqə doğru genişlənməkdə heç bir günah iş yoxdur". İyulun 1-dən Fransa Aİ sədrliyini öz üzərinə götürəcək. Bu isə yeni layihənin uğur qazanmaq imkanlarını artırır. Rəsmi Paris bunun üçün əvvəlcə Böyük Britaniya və Almaniya kimi İttifaqın "ağır artilleriyası"nın dəstəyini qazanmalıdır. Doğrudur, ekspertlər fransız diplomatiyasının Berlində xüsusi səy göstərməsinin lazım olduğunu bildirirlər. Politoloq Aleksander Rarın fikrincə buna səbəb ideyanın əsasən Almaniya ilə strategiya rəqabətinə girən Polşa tərəfindən lobbiləşdirilməsidir: "İnanmıram ki, Almaniya bu addımı dəstəkləsin. Yəqin ki, təşəbbüs iflas edəcək". Ancaq əvəzində 2009-cu ildə Fransadan Aİ sədrliyi estafetini qəbul edəcək Çexiya layihəyə ciddi tərəfdar olduğunu açıqlayıb. Çexiya baş nazirinin müavini Aleksander Vondra layihənin Praqanın istəyinə uyğun olduğunu: "Gərək gələn il tarazlıq yaransın. Bu il Aralıq dənizi ilidir. Ona görə də gələn il Şərq ili olmalıdır". İstənilən halda Azərbaycan üçün Şərq Tərəfdaşlığı onu digər "sovet Avropası" ölkələri ilə birlikdə Şimali Afrika dövlətləri ilə vahid kontekstə daxil edən ənənəvi Avropa Qonşuluq Siyasəti konsepsiyasından yaxa qurtarmaq üçün gözəl imkandır. Yeni təşəbbüs hətta bu 5 ölkənin gələcəkdə Avropa ailəsinin üzvü olmasını dəqiqləşdirməsə belə, onların bu məkana nəzərəçarpacaq dərəcədə inteqrasiyasını təmin edəcək. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar