SON XƏBƏRLƏR

Şərqdə qadın sahibkarlar fəallaşır

2021.10.20, 07:36
Şərqdə qadın sahibkarlar fəallaşır

Gunaz.tv
Şərqdə qadın sahibkarlar fəallaşır Yaxın Şərqdəki şirkətlərin təxminən 13%-i qadınlara məxsusdur. Dünya Bankının direktoru Robert Zellikinin dediyinə görə, müvafiq şəraitdə ərəb qadınları uğurlu sahibkarlar və nüfuzlu siyasətçilərə dönə bilərlər. "Qadınlara məxsus olan şirkətlərlə kişilər tərəfindən idarə edilən şirkətlər arasında həcm, istehsalat səviyyəsi və ya investisiyalar kimi amillər baxımından heç bir fərq yoxdur", - Zellik bildirib. Qadın iş adamlarının Yaxın Şərqin iqtisadi inkişafında rolu ilə bağlı məsələlər Londonda keçirilmiş "Arab İnternational Womens Forum"da (AİWF) müzakirə olunub. Forumun iştirakçıları arasında 20 ölkənin, o cümlədən ABŞ, Kanada, Avropa Birliyi və Yaxın Şərq ölkələrinin nümayəndələri vardı. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar