Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi azərbaycanlı fəala 3 il həbs cəzası verib

2021-03-10 09:54

Bundan öncə dövlət ittihamçısı müxtəlif ittihamlarla ona 5 il həbs cəzasının verilməsini istəmişdi.

Gunaz.tv Quote | Gunaz article

Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 106-cı bölməsi məlikanlı(Məlikkəndi) bələdiyyə işçisinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Məhkəmə qərarı Babək Ağazadənin vəkili Səccad Vəlibəyliyə göndərilib.


Bundan öncə Babək Ağazadə Marağa şəhərinin İnqilab Məhkəməsi tərəfindən mühakimə olunmuş və dövlət ittihamçısı ona “İran İslam Respublikasına qarşı təbliğat” ittihamına görə 1 il, “müxalif təşkilatlara üzv olmaq” ittihamına görə isə 4 ilə həbs cəzasının verilməsini istəmişdi.


B.Ağazadə 2019-cu ilin noyabr etirazları ilə əlaqədar, 16 dekabr 2019-cu ildə mülki geyimli təhlükəsizlik məmurları tərəfindən Məlikkəndində (Məlikan) saxlanılaraq Təbrizin ETTELAAT idarəsinə göndərilmişdi. O, 2 ay istintaq təcridxanasında saxlanıldıqdan sonra Təbriz zindanına köçürülmüş və 600 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

 
Onun yaxınlarının bildirdiyinə görə, məhkumun ailəsi İran təhlükəsizlik məmurlarının təqib və təzyiqlərinə məruz qalıb. Onlar Babək Ağazadənin atasına hədə-qorxu gələrək ondan oğluna qarşı “etiraf”lar alıb və səsini yazıblar.

 
Qeyd etmək lazımdır ki, İranda 2019-cu ilin noyabr ayında benzinin qiymətinin bahalaşmasına qarşı keçirilmiş xalq etirazları zamanı 1500-dən çox insan polis və təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək qətlə yetirilmiş, minlərlə insan yaralanmış və həbs edilmişdi.
 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04