SON XƏBƏRLƏR

Şərqi Azərbaycan Əhalisinə xəbərdarlıq edildi: “Koronavirus epidemiyası ciddi təhlükədir” / Əyalətdə virusa yoluxanların sayı 150-yə yaxınlaşdı

2021.10.20, 07:36
Şərqi Azərbaycan Əhalisinə xəbərdarlıq edildi: “Koronavirus epidemiyası ciddi təhlükədir” / Əyalətdə virusa yoluxanların sayı 150-yə yaxınlaşdı

Gunaz.tv

GünAz TV: Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirus epidemiyasının geniş yayılması ilə bağlı ciddi xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, son 24 saat ərzində daha 16 nəfərin koronavirusa yoluxduğu məlum olub. Hal-hazırda əyalətdə 146 nəfərin virusa yoluxduğu dəqiqləşib. Bu xəstəlikdən ölənlərin sayı isə 14 nəfərə çatıb.

 

Tibb Universitetinin rəisi televiziyada çıxış edərək koronavirus epidemiyası ilə bağlı əhaliyə müraciət edib.

 

“Təhlükə çox ciddidir. Hər kəs bu xəbərdarlıqları ciddiyə almalıdır. Hamı bilməlidir ki, xəstəxanaların imkanı məhduddur. Virus daha çox yayılarsa, artıq xəstələrə xidmət göstərmək imkanımız olmayacaq.

Kimsə düşünməsin ki, bu vəziyyəti nəzarətə almaq rahat məsələdir. Hazırda əyalətin tibbi imkanlarının 60 faizi koronavirus epidemiyasına sərf olunur.”- deyə o bildirib.

 

Məhəməd Hüseyn Somi xəstələrin 10 faizinin ailə içində, 90 faizinin isə ictimai yerlərdə bu virusa yoluxduğunu diqqətə çatdıraraq hər kəsi evdən çölə çıxmamağa və ictimai məkanlardan uzaq olmağa çağırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar