Şərqi Azərbaycan əhalisinin 1.5 milyon nəfəri yararsız və dağılmaq təhlükəsi ilə üz-üzə olan binalarda yaşayır

2020-09-11 12:01

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin əhalisinin 1 milyon 510 min nəfəri “qeyri-rəsmi” və dağılmaq təhlükəsi ilə qarşı-qarşıya olan köhnə tikililərdə yaşayır.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Şərqi Azərbaycan əyalətinin Yol və Şəhərsalma idarəsinin direktoru Əbülqasım Sultani məlumat verib.

 

Onun sözlərinə görə, Şərqi Azərbaycanda yararsız və köhnə vəziyyətdə olan yaşayış məntəqələrin ümumi sahəsi 9 min 364 hektardır.

Təbriz şəhərində isə bu rəqəm 4 min 500 hektara çatır.

 

Sultani “qeyri-rəsmi” məhəllələrin torpaq sürüşməsi və güclü zəlzələ baş vermə təhlükəsi olan ərazilərdə salındığını qeyd edərək Təbrizin “Pasdaran” magistral yolunun kənarında salınan və 48 hektar sahəni əhatə edən yaşayış məntəqəsini buna misal olaraq göstərib.

 

Onun sözlərinə görə, bu təhlükəli zonada 3 min ev tikilib və hazırda 12 min nəfər əhali yaşayır.

 

İnsanların hər an dağılmaq təhlükəsi ilə üz-üzə olduğu evlərdə yaşaması problemi Güney Azərbaycanın digər şəhərlərində də var. Daha əvvəl də Təbriz şəhərinin şura üzvü, Firidun Babai Əqdəm bu səhərin kənar məhəllələrində yaşayan insanların Zəlzələ və torpaq sürüşməsi təhlükəsi ilə üz-üzə olduqlarını bildirmişdi.

 

Babai Əqdəm Təbrizin ətrafında 2 min 500 hektarlıq sahədə kənar məhəllələrin formalaşdığını açıqlamışdı.

 

Neçə gün əvvəl isə Ərdəbil əyalətinin Yol və Şəhərsalma idarəsinin direktoru Məhbub Heydəri Güney Azərbaycanın Ərdəbil şəhərində əhalinin 30 faizinin dağılmaq təhlükəsi ilə qarşı-qarşıya olan köhnə tikililərdə yaşadığını açıqlayıb.

 

Onun sözlərinə görə, Ərdəbildə 20, Xiyavda 12, Parsabadda 11 məhəllə, Xalxalda isə 7 məhəllə yararsız və köhnə vəziyyətdədir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18