SON XƏBƏRLƏR

Şərqi Azərbaycan Əyalətində koronavirus qurbanlarının sayı 12 nəfərə çatıb

2021.10.20, 07:36
Şərqi Azərbaycan Əyalətində koronavirus qurbanlarının sayı 12 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: Rəsmi açıqlamalara əsasən Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb.

 

Təbrizin Tibb Universitetinin rəisi, Məhəmməd Hüseyn  Somi, son 24 saatda Şərqi Azərbaycan əyalətində daha bir nəfərin koronavirusdan canını itirdiyini bildirib.

 

Onun sözlərinə görə, əyalətdə keçən gün ərzində 23 yeni yoluxma halı aşkarlanıb və beləliklə koronavirusa yoluxanların sayı 130 nəfərə çatıb.

 

Somi Şərqi Azərbaycanda infeksiyadan ölənlərin sayının 12 nəfər olduğunu bildirib.

 

Qeyd edək ki, qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir. Lakin rejim bu barədə doğru məlumat vermir. 

 

Universitet rəisi əyalətdə koronavirusa yoluxanların çoxunun alış-veriş mərkəzlərində bu xəstəliyə tutulduqlarını deyərək vurğulayıb ki: “əgər lazımı tədbirlər görülməsə vəziyyət daha da pisləşəcək.”

O, vətəndaşlardan mümkün olduğu qədər evdə qalmalarını istəyib.

 

Eyni halda Şərqi Azərbaycanda bütün muzeylər və turizm müəssisələrinin fəaliyyəti dayandırılıb.

 

Əyalətin Mədəni İrs idarəsinin rəisi, Murtuza Abdar koronavirusun daha geniş yayılmaması üçün bütün qonaq evlərinə və mehmanxanalara turist qəbulunun qadağan olması ilə bağlı müvafiq əmr verildiyini deyib.  

 

Abdar əlavə edib ki, ümumi turizm düşərgələri və parklarda  çadır qurmaq qadağadır və xüsusi patrul nəzarəti ilə bunun qarşısı alınacaq.

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar